Yusif surəsi · 15-ci ayə

Beləliklə onu aparıb quyunun dibinə atmaq qərarına gəldikdə(n sonra cinayətlərini planlaşdırdıqları kimi də həyata keçirtdilər). Və Biz (elə orada) Yusufa vəhy etdik ki, (bir gün) sən onlara, onlar bilmədən bu işlərindən xəbər verəcəksən (sən onları tanıyacaqsan, onlar isə səni tanımayacaqlar).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 15
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Elə ki, onu özləri ilə götürdülər, hamılıqla qərara gəldilər ki, onu quyunun məxfi yerinə atsınlar. (İstəklərini həyata keçirdilər.) Biz ona vəhy etdik ki, gələcəkdə onlara bu işlərini xəbər verəcəksən. Bir halda ki, onlar səni tanımazlar.”
Nöqtələr
Allah Yusifi hakim qərar vermək istədiyindən, o öz ətrafını görməli idi. O, qullara rəhm etmək üçün qul olmalı, məhbuslara rəhm etmək üçün quyu və zindana düşməli idi. Necə ki, Allah-təala Öz Peyğəmbərinə buyurur: "Sən fəqir və yetim oldun ki, fəqir və yetimləri yanından qovmayasan.”
Bildirişlər
1. İnsanların yekdil fikri onların haqlı olmasını göstərmir.
2. Planla onun icrası arasında fərq ola bilər. (Qardaşlar Yusifi quyuya atmaq istəyirdilər, amma əməldə onu quyuda yerləşdirdilər.)
3. Yusifə vəhy gələn vaxt o, ailədən uzaqlaşdı və qardaşlarının pis münasibəti ilə üzləşdi.
4. Həssas məqamlarda övliyalar ilahi yardımdan bəhrələnirlər.
5. Quyuda Yusif üçün arxayınlıq vasitəsi Allahın gələcəklə bağlı ilhamı idi.
6. Yusifin gənc yaşlarında vəhy qəbul etmək ləyaqəti vardı.
7. Allah Öz övliyalarını çətinliklərlə sınağa çəkir və onları hidayət edir.
8. Agahlıq arxayınlıq yaradır. (Yusifi quyuda arxayınlaşdıran ilahi vəhy idi)
9. Həyatın davamı üçün ən yaxşı sərmayə ümiddir. (Yusifə vəhy edildi ki, quyudan xilas olacaq və qardaşları öz işlərinə görə xəcalət çəkəcək.)
10. Bir halda ki, rəzilliyin sonu rüsvayçılıqdır, insan öz nəfsini cilovlamalıdır.
11. Çirkin işləri işarə və kinayə ilə yada salın.

Tez-tez Verilən Suallar

Yusif surəsi 15-ci ayə haqqında suallar və cavablar

Yusif surəsinin 15-ci ayəsi nə haqqındadır?
Beləliklə onu aparıb quyunun dibinə atmaq qərarına gəldikdə(n sonra cinayətlərini planlaşdırdıqları kimi də həyata keçirtdilər). Və Biz (elə orada) Yusufa vəhy etdik ki, (bir gün) sən onlara, onlar bilmədən bu işlərindən xəbər verəcəksən (sən onları tanıyacaqsan, onlar isə səni tanımayacaqlar).
Yusif surəsi 15-ci ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 15-ci ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 15-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 15-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 15-ci ayənin təfsiri nədir?
"Elə ki, onu özləri ilə götürdülər, hamılıqla qərara gəldilər ki, onu quyunun məxfi yerinə atsınlar. (İstəklərini həyata keçirdilər.) Biz ona vəhy etdik ki, gələcəkdə onlara bu işlərini xəbər verəcəksən. Bir halda ki, onlar səni tanımazlar.” Nöqtələr Allah Yusifi hakim qərar vermək istədiyindən, o öz ətrafını görməli idi. O, qullara rəhm etmək üçün qul olmalı, məhbuslara rəhm etmək üçün quyu və zindana düşməli idi. Necə ki, Allah-təala Öz Peyğəmbərinə buyurur: "Sən fəqir və yetim oldun ki, fəqir...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.