Yusif surəsi - Ayə: 16

Məkkəvi Quran-ı Kərim
Yusif surəsi - Ayə: 16
Və axşam ağlaya-ağlaya atalarının yanına gəldilər.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yusif surəsi 16. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 16 MÖHSÜN QƏRAƏTİ.

"(Öz planlarını həyata keçirdikdən sonra) gecə vaxtı ağlar halda atalarının yanına gəldilər.”
Nöqtələr
Quranda dörd növ göz yaşına işarə olunur:
1. Şövqdən göz yaşı; məsihilərdən bir dəstəsi Quran ayələrini eşitdikdə ağlayırdı.
2. Qüssə və həsrətdən göz yaşı; aşiq müsəlmanlar Peyğəmbərdən (s) cəbhəyə getmək imkanı olmadığını eşitdikdə ağlayırdılar.
3. Qorxudan göz yaşı; övliyalara ilahi ayələr oxunduqda ağlayaraq səcdəyə düşürdülər.
4. Saxta göz yaşı; Yusifin qardaşları ağlar halda Yəqubun yanına gəldilər.
Bildirişlər
1. Fitnəkarlar hiss və zamanın roluna diqqətlidirlər.
2. Göz yaşı sədaqət nişanəsi olmaya da bilər. Hər göz yaşına inanmayın.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.