Yunus surəsi · 92-ci ayə

Beləliklə, bu gün səni cansız bədəninlə birgə qurtarıb dəniz sahilinin uca bir yerinə atacağıq ki, səndən sonra gələnlərə (Allahın qüdrəti və batil qüdrətlərin zilləti barədə) bir nişanə olasan. Doğrudan da insanların çoxu bizim nişanələrimizdən qafildirlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 92
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Bu gün sənin cəsədini (dəryada məhv olmaqdan) xilas edirik ki, gələcəkdəkilər üçün ibrət olsun. Şübhəsiz, xalqın çoxu Bizim nişanələrimizdən xəbərsizdir.”
Nöqtələr
"Təfsire-Safi”də imam Rizanın (ə) belə buyurduğu nəql olunmuşdur: "Firon təpədən dırnağadək zireh və silah idi. Qaydaya görə o, suya düşdükdən sonra suyun dibinə getməli idi. Amma dalğalar o ağır bədəni sahilə atdı. Bu bir möcüzədir.”
Bildirişlər
1. Ölüm anı tövbə faydasızdır. Fürsət varkən tövbə qılaq.
2. Quran gələcəkdən və qeybdən xəbər verir. (Onlarca əsrdən sonra Fironun mumyalanmış bədəni Qahirə muzeyində saxlanılır.)
3. Zalım hakimlərin məhvindən ibrət götürmək lazımdır.
4. İlahi qüdrət və yardım nişanələrinin qorunması üçün çalışmaq lazımdır.
5. Xalqın çoxu keçmişdən ibrət götürmür.

Tez-tez Verilən Suallar

Yunus surəsi 92-ci ayə haqqında suallar və cavablar

Yunus surəsinin 92-ci ayəsi nə haqqındadır?
Beləliklə, bu gün səni cansız bədəninlə birgə qurtarıb dəniz sahilinin uca bir yerinə atacağıq ki, səndən sonra gələnlərə (Allahın qüdrəti və batil qüdrətlərin zilləti barədə) bir nişanə olasan. Doğrudan da insanların çoxu bizim nişanələrimizdən qafildirlər.
Yunus surəsi 92-ci ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 92-ci ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 92-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 92-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 92-ci ayənin təfsiri nədir?
"Bu gün sənin cəsədini (dəryada məhv olmaqdan) xilas edirik ki, gələcəkdəkilər üçün ibrət olsun. Şübhəsiz, xalqın çoxu Bizim nişanələrimizdən xəbərsizdir.” Nöqtələr "Təfsire-Safi”də imam Rizanın (ə) belə buyurduğu nəql olunmuşdur: "Firon təpədən dırnağadək zireh və silah idi. Qaydaya görə o, suya düşdükdən sonra suyun dibinə getməli idi. Amma dalğalar o ağır bədəni sahilə atdı. Bu bir möcüzədir.” Bildirişlər 1. Ölüm anı tövbə faydasızdır. Fürsət varkən tövbə qılaq. 2. Quran gələcəkdən və qeybdən...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.