Yunus surəsi - Ayə: 93

Məkkəvi Quran-ı Kərim
Yunus surəsi - Ayə: 93
Həqiqətən, İsrail övladlarını düz və ürəyəyatan bir yerdə (Şamda və Beytül-Müqəddəsdə) yerləşdirdik və onlara pak ruzilər verdik. (Sonra onlar din işlərində ixtilafa düşdülər.) Onlar yalnız (Tövratdakı maariflərdən) onlara elm hasil olan zaman ixtilaf etdilər. Şübhəsiz, sənin Rəbbin Qiyamət günü onların arasında ixtilaf etdikləri şey barəsində hökm çıxaracaqdır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yunus surəsi 93. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 93 MÖHSÜN QƏRAƏTİ.

"Həqiqətən, İsrail övladlarını düz və ürəyəyatan bir yerdə (Şam və Beytül-Müqəddəs) yerləşdirdik və onlara pak ruzilər verdik (və onlar sonra din işlərində ixtilafa düşdülər). Bu isə yalnız (Tövratda gələnlərdən) onlara elm hasil olandan sonra baş verdi. Şübhəsiz, sənin Rəbbin qiyamət günü onların arasında ixtilaf etdikləri şey barədə hökm edəcəkdir.”
Nöqtələr
"Sidq” sözü Quran dilində bəzən müəyyən sözlərin ardınca gəlib yaxşılıq mənasını bildirir. Yəni həqiqətə münasiblik hər şey üçün dəyərdir. Ola bilsin ki, ayədə, yaxşı suyu, havası, nemətləri olan bir yer, yəni Şam və Fələstin nəzərdə tutulmuşdur. "Sidq məkan” dedikdə, həqiqətən yaxşı olan bir yer nəzərdə tutulur. Bəni-İsrailin məskunlaşdığı yer həm bütün yaşayış şəraitinə malik, həm də çox məhsuldar idi.
Bildirişlər
1. Münasib məskən ilahi nemətlərdən biridir və ilahi dinlərdə təqdir olunmuşdur.
2. Peyğəmbərlərin hərəkatında mənəvi məsələlərlə yanaşı xalqın maddi ehtiyacları da diqqət mərkəzində olmuşdur.
3. Adətən inqilablardan sonra iqtisadi tarazlıq pozulur, ölkədə bahalıq və qıtlıq yaranır. Amma Allah Firon rejimini məhv etməklə Bəni-İsraili sıxıntılardan xilas etdi.
4. Təfriqə bütün ilahi nemətləri puça çıxardır.
5. İxtilafların kökü bəzən maddi çətinliklər yox, sadəcə nəfs istəkləri olur.
6. Təkcə elm vasitəsi ilə xilas olmaq mümkünsüzdür.
7. Quran bilərəkdən yaradılan ixtilafları ciddi tənqid edir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.