Yunus surəsi · 9-cu ayə

Şübhəsiz, iman gətirib yaxşı işlər görən kəsləri Rəbbi imanlarına görə (Öz yanına) hidayət edər (və axirətdə) nemət dolu bağlarda onların (ağaclarının və saraylarının) altından çaylar axar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 9
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Şübhəsiz, iman gətirib saleh iş görənlərin Rəbbi onları imanlarına xatir hidayət edər. Onlar altından çaylar axan nemət dolu bağlarda sakin olarlar.”
Nöqtələr
Hədisdə deyilir: "Qiyamətdə qəbrindən qalxdığı vaxt insanın saleh əməlləri nurani surətdə mücəssəm olub onu behiştə yönəldər.” 
İlahi hidayət davamlı cərəyandır. Möminlərin hidayəti hər an artırılır. Onlar aşırımlardan qorunurlar, çıxılmaz vəziyyətdə üzlərinə qapı açılır.  Möminlər üçün yol işıqlandırılır.  İşlərindən düyün açılır.  Hər yerdə təmin olunurlar.  Qiyamətdə isə behiştə yönəldilirlər. 
"Yəhdihim” təbirinin ünvanları müəyyənləşdirilmədiyindən bu təbir bütün cəhətləri əhatə edir.
Bildirişlər
1. İman əməldən ayrı deyil.
2. Mömin hidayət əldə etmişsə də, daim buna ehtiyaclıdır. Allahın rəsulu və məsum imamlar da daim "bizi doğru yola hidayət et” demişlər.
3. İlahi hidayət üçün özümüz zəmin yaratmalıyıq.
4. İman və əməl arasında iman mehvərdir.
5. Allah-təalanın möminləri hidayət etməsi mütləq və əhatəlidir.
6. Allahın rübubiyyəti Onun daim möminlərə əl tutmasına səbəb olur.
7. Behişt çayları nəinki ağacların, hətta behişt evlərinin də altından axır.

Tez-tez Verilən Suallar

Yunus surəsi 9-cu ayə haqqında suallar və cavablar

Yunus surəsinin 9-cu ayəsi nə haqqındadır?
Şübhəsiz, iman gətirib yaxşı işlər görən kəsləri Rəbbi imanlarına görə (Öz yanına) hidayət edər (və axirətdə) nemət dolu bağlarda onların (ağaclarının və saraylarının) altından çaylar axar.
Yunus surəsi 9-cu ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 9-cu ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 9-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 9-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 9-cu ayənin təfsiri nədir?
"Şübhəsiz, iman gətirib saleh iş görənlərin Rəbbi onları imanlarına xatir hidayət edər. Onlar altından çaylar axan nemət dolu bağlarda sakin olarlar.” Nöqtələr Hədisdə deyilir: "Qiyamətdə qəbrindən qalxdığı vaxt insanın saleh əməlləri nurani surətdə mücəssəm olub onu behiştə yönəldər.”  İlahi hidayət davamlı cərəyandır. Möminlərin hidayəti hər an artırılır. Onlar aşırımlardan qorunurlar, çıxılmaz vəziyyətdə üzlərinə qapı açılır.  Möminlər üçün yol işıqlandırılır.  İşlərindən düyün açılır.  Hər y...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.