Yunus surəsi - Ayə: 78

Məkkəvi Quran-ı Kərim
Yunus surəsi - Ayə: 78
Dedilər: «Gəlmisən ki, bizi atalarımızın yolundan döndərəsən və bu vilayətdə böyüklük və başçılıq siz iki nəfərə məxsus olsun?! (Bu qətiyyən ola bilməz) və biz əsla sizə iman gətirən deyilik».
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yunus surəsi 78. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 78 MÖHSÜN QƏRAƏTİ.

"Dedilər: "(Ey Musa,) yer üzündə böyüklük və hökumət sizin ikinizin olsun deyə bizi atalarımızın yolundan döndərmək üçünmü gəlmisən? Biz siz iki nəfərə iman gətirən deyilik.”
Nöqtələr
Ata-babalara və valideynlərə hörmət onların yanlış addımlarını təkrarlamaq kimi başa düşülməməlidir. Keçmiş mədəniyyətlər araşdırılmalı və yalnız dəlillər əsasında qəbul olunmalıdır.
Bildirişlər
1. Mədəni inqilablar və düşüncə dəyişiklikləri cəmiyyətdə daim əks-əmələ səbəb olmuşdur.
2. Ata-babaların getdiyi yol növbəti nəsillərə təsir göstərir.
3. Fironçu hökumətlərin əsasını xalqın ata-babalarının xurafi əqidələri təşkil edir.
4. Bəzən ata-babalara, onların miraslarına hörmət peyğəmbərlərə qarşı müqavimət vasitəsi olur.
5. Ata-babalara əsassız təqlid batildir.
6. Mədəni irsin qorunması adı altında yanlış iş görməyə icazə verilmir.
7. Zalım hakimlər özləri rəyasətpərəst olduqlarından peyğəmbərlərin də islahatçılığını rəyasətpərəstlik kimi qələmə verirlər.
8. Din təbliğatçıları zalımların böhtanlarını eşitməyə hazırlaşsınlar.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 78 MÖHSÜN QƏRAƏTİ.

"Firon dedi: "Bütün bilikli cadugərləri mənim yanıma gətirin.”
Müəllif: MÖHSÜN QƏRAƏTİ.