"Sonra onların ardınca Musa və Harunu Öz möcüzələrimizlə Firon və onun qövmünün başçılarına doğru göndərdik. Amma onlar günahkar qövm olduqlarından təkəbbür göstərdilər. (Peyğəmbərlərin dəvətini qəbul etmədilər.)”
"Mələ” dedikdə Fironun yaxınları sayılan saray adamları nəzərdə tutulur. Firon cəmiyyəti iki zümrəyə ayırmışdı: Saraydakı qiptilər və məhrum sibtilər. Bu zümrədən biri dəbdəbəli saray həyatı keçirir, digəri qul həyatı yaşayırdı.
Allahlıq iddiası etməsi, günahsız körpələri qətlə yetirməsi, qızları kəniz saxlaması Fironun böyük günahlarından idi.
1. Zalım qüvvələrlə mübarizə peyğəmbərlərin ilkin vəzifəsidir. Çünki fəsadın səbəbi ilə mübarizə fəsadla mübarizədən mühümdür.
2. İctimai əlaqələr qohumluq, tayfa yaxınlığı prinsipləri üzərində qurulduqda həmin cəmiyyətə peyğəmbərlər göndərilirdi. Təşkilat və nizam olan yerdə isə fəsadın kökü ilə mübarizə aparılırdı.
3. Bütlər və zalım qüvvələrə güc verən onların ətrafıdır. Belələri daxilən puçdurlar.
4. Peyğəmbərlərin möcüzəsi olmuşdur.
5. Fironlar və bütlər daim peyğəmbərlərin yolunu kəsmişlər.
6. Günaha vərdiş verənlər peyğəmbər yolunu asanlıqla qəbul etmirlər.