Yunus surəsi · 75-ci ayə

Sonra, onların ardınca Musa və Harunu öz ayələrimiz (və doqquz dəlilimiz) ilə Fironun və onun qövmünün başçılarının yanına göndərdik. Beləliklə, onlar təkəbbür və itaətsizlik göstərdilər. Və onlar günahkar bir dəstə idilər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 75
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Sonra onların ardınca Musa və Harunu Öz möcüzələrimizlə Firon və onun qövmünün başçılarına doğru göndərdik. Amma onlar günahkar qövm olduqlarından təkəbbür göstərdilər. (Peyğəmbərlərin dəvətini qəbul etmədilər.)”
Nöqtələr
"Mələ” dedikdə Fironun yaxınları sayılan saray adamları nəzərdə tutulur. Firon cəmiyyəti iki zümrəyə ayırmışdı: Saraydakı qiptilər və məhrum sibtilər. Bu zümrədən biri dəbdəbəli saray həyatı keçirir, digəri qul həyatı yaşayırdı. 
Allahlıq iddiası etməsi, günahsız körpələri qətlə yetirməsi, qızları kəniz saxlaması Fironun böyük günahlarından idi. 
Bildirişlər
1. Zalım qüvvələrlə mübarizə peyğəmbərlərin ilkin vəzifəsidir. Çünki fəsadın səbəbi ilə mübarizə fəsadla mübarizədən mühümdür.
2. İctimai əlaqələr qohumluq, tayfa yaxınlığı prinsipləri üzərində qurulduqda həmin cəmiyyətə peyğəmbərlər göndərilirdi. Təşkilat və nizam olan yerdə isə fəsadın kökü ilə mübarizə aparılırdı.
3. Bütlər və zalım qüvvələrə güc verən onların ətrafıdır. Belələri daxilən puçdurlar.
4. Peyğəmbərlərin möcüzəsi olmuşdur.
5. Fironlar və bütlər daim peyğəmbərlərin yolunu kəsmişlər.
6. Günaha vərdiş verənlər peyğəmbər yolunu asanlıqla qəbul etmirlər.

Tez-tez Verilən Suallar

Yunus surəsi 75-ci ayə haqqında suallar və cavablar

Yunus surəsinin 75-ci ayəsi nə haqqındadır?
Sonra, onların ardınca Musa və Harunu öz ayələrimiz (və doqquz dəlilimiz) ilə Fironun və onun qövmünün başçılarının yanına göndərdik. Beləliklə, onlar təkəbbür və itaətsizlik göstərdilər. Və onlar günahkar bir dəstə idilər.
Yunus surəsi 75-ci ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 75-ci ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 75-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 75-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 75-ci ayənin təfsiri nədir?
"Sonra onların ardınca Musa və Harunu Öz möcüzələrimizlə Firon və onun qövmünün başçılarına doğru göndərdik. Amma onlar günahkar qövm olduqlarından təkəbbür göstərdilər. (Peyğəmbərlərin dəvətini qəbul etmədilər.)” Nöqtələr "Mələ” dedikdə Fironun yaxınları sayılan saray adamları nəzərdə tutulur. Firon cəmiyyəti iki zümrəyə ayırmışdı: Saraydakı qiptilər və məhrum sibtilər. Bu zümrədən biri dəbdəbəli saray həyatı keçirir, digəri qul həyatı yaşayırdı.  Allahlıq iddiası etməsi, günahsız körpələri qət...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.