Yunus surəsi - Ayə: 74

Məkkəvi Quran-ı Kərim
Yunus surəsi - Ayə: 74
Sonra onun (Nuhun) ardınca (Hud, Saleh və Lut kimi) peyğəmbərləri öz qövmlərinə göndərdik. Beləliklə onlar üçün (tövhidin və öz peyğəmbərliklərinin isbatında) aydın dəlillər gətirdilər. Və (lakin) onlar (özlərinin ya atalarının) bundan qabaq təkzib etdikləri şeyə iman gətirən deyildilər. Biz həddini aşanların qəlblərinə belə (bədbəxtlik) möhür(ü) vururuq.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yunus surəsi 74. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 74 MÖHSÜN QƏRAƏTİ.

"Həmin vaxt Nuhun ardınca onun qövmünə peyğəmbərlər göndərdik. Onlar xalqa aşkar möcüzə və dəlillər gətirdilər. Amma xalq öncə təkzib etdiyinə iman gətirmək fikrində deyildi. Biz həddi aşanların qəlblərinə bu sayaq möhür vururuq.”
    Bildirişlər
    1. Ardıcıl peyğəmbər göndərmək ilahi sünnələrdəndir. (Allah həzrət Nuhla həzrət Musa arasındakı dövrdə başqa peyğəmbərlər göndərdi.)
    2. Bütün peyğəmbərlərin möcüzəsi olmuşdur.
    3. Bütün peyğəmbərlərin müxalifləri vardır.
    4. İnsan azaddır. O, möcüzələrə və Allahın qəzəbinə şahid olduqdan sonra da itaətsizlik göstərir.
    5. Təkəbbür və zülm qəlblərin möhürlənməsi üçün zəmindir.
    6. Möcüzə gördüyü halda iman gətirməyənlər həddi aşanlardır.
    Müəllif: MÖHSÜN QƏRAƏTİ.