"Əgər (Allahın dəvətinə) arxa çevirsəniz, (bilin ki,) mən sizdən muzd istəməmişəm. Mənim mükafatımı yalnız Allah verər və mən Onun əmrinə təslim olmaq əmri almışam.”
İnsanda nigaranlıq yaradan ya can, ya da mal qorxusudur. Ötən ayədə peyğəmbərlərin öz canlarına görə qorxmaması, bu ayədə isə onların xalqdan umacaqsız olmaları bildirilir.
1. Peyğəmbərin dəvətinin xalq tərəfindən qəbul olunub-olunmamasının ona heç bir maddi təsiri yoxdur.
2. Müvəffəq və təsirli təbliğatçı o kəsdir ki, xalqın malında gözü olmasın və bunu xalqa elan etsin.
3. Peyğəmbərlər xalqdan heç bir əvəz istəməmiş, onlardan mal, xidmət umacağında olmamışlar.
4. Əgər bütün xalq dindən üz çevirsə, bunun ilahi rəhbərə heç bir təsiri yoxdur. İlahi rəhbər Allahın dininə təslimdir.
5. Axirət mükafatına inanan kəs dünyəvi mükafat istəyini qəlbindən rahatca çıxarır.
6. Bütün peyğəmbərlərə haqq qarşısında təslim olunmaq əmr edilmişdir.
7. Xalqın Allaha təslim olmasını istəyən kəs öncə özü təslim olmalıdır.
8. Bu gün xalqı üz çevirmiş görsən də, Allahın Ona təslim olmuş bəndələri çoxdur, belə isə sən onlara qoşul.