Yunus surəsi · 65-ci ayə

Onların sözü səni kədərləndirməsin. Şübhəsiz, bütün qüdrət və qələbə Allahın əlindədir. Odur eşidən və bilən!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 65
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Müxaliflərin dedikləri səni qəmləndirməsin. Çünki izzət bütünlüklə Allahındır. O, eşidən və biləndir.”
Nöqtələr
Kafirlər Peyğəmbəri (s) şair, kahin, sehrbaz, divanə adlandırırdılar. Bundan əlavə bəzən deyirdilər: "Onun bizdən üstünlüyü yoxdur. O da bizim kimidir.  Bəzən də onun dediyi sözlərin başqaları tərəfindən təlqin olunduğunu bildirirdilər. Bəzən də deyirdilər ki, biz də istəsək Quran kimi kitab gətirərik.  Bəzən Peyğəmbərin (s) sözləri keçmişlərin dastanı sayılırdı.  Peyğəmbərin (s) ardıcılları haqqında deyirdilər: "Onlar əskik adamlardır.”  Amma Allah bütün bu təhqirlərə baxmayaraq Peyğəmbəri (s) və möminləri izzətə çatdırmışdır.
"İzzət” dedikdə təsirə düşməmək başa düşülür. Həm Allah, həm Peyğəmbər (s), həm möminlər, həm də əqidə məktəbi belədir. 
Bildirişlər
1. Düşmən təbliğatının məqsədi dinin və İslam ümmətinin təhqiridir. Amma Allah-təala həzrət Peyğəmbərə təsəlli vermişdir və kafirləri istəklərinə çatdırmaz.
2. Kafirlərin zəhərli təbliğatı möminə təsir etməməli, onun ruhiyyəsini zəiflətməməlidir.
3. Allah Öz övliyalarına arxa durur, əqidə məktəbi və peyğəmbərlərin qələbəsini təmin edir. 
4. İzzət, şərəf Allahın əlindədir və onun-bunun sözü ilə kimsə alçalmır.

Tez-tez Verilən Suallar

Yunus surəsi 65-ci ayə haqqında suallar və cavablar

Yunus surəsinin 65-ci ayəsi nə haqqındadır?
Onların sözü səni kədərləndirməsin. Şübhəsiz, bütün qüdrət və qələbə Allahın əlindədir. Odur eşidən və bilən!
Yunus surəsi 65-ci ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 65-ci ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 65-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 65-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 65-ci ayənin təfsiri nədir?
"Müxaliflərin dedikləri səni qəmləndirməsin. Çünki izzət bütünlüklə Allahındır. O, eşidən və biləndir.” Nöqtələr Kafirlər Peyğəmbəri (s) şair, kahin, sehrbaz, divanə adlandırırdılar. Bundan əlavə bəzən deyirdilər: "Onun bizdən üstünlüyü yoxdur. O da bizim kimidir.  Bəzən də onun dediyi sözlərin başqaları tərəfindən təlqin olunduğunu bildirirdilər. Bəzən də deyirdilər ki, biz də istəsək Quran kimi kitab gətirərik.  Bəzən Peyğəmbərin (s) sözləri keçmişlərin dastanı sayılırdı.  Peyğəmbərin (s) ardı...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.