Yunus surəsi · 63-cü ayə

O kəslər ki, iman gətirib həmişə (günahlardan) çəkinirdilər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 63
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"İman gətirənlər və təqva yolunu tutanlar (üçün qorxu yoxdur)”
    Nöqtələr
    Bu ayələr övliyaların xüsusiyyətlərini sadalayır. Onların şüarı Allah qorxusudur. Bu qorxunun nəticəsi təqvadır. Təqvanın səmərəsi isə hesab qorxusundan qurtuluşdur. 
    Övliyaların uyğun qorxudan uzaqlığı həm dünya, həm də axirətə aiddir.
    Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Allah övliyalarının sükutu zikr, baxışı ibrət, sözü hikmət, cəmiyyətdəki hərəkəti bərəkət qaynağıdır.” 
    Həzrət Əli (ə) buyurmuşdur: "Allah Öz vəlisini xalq arasında gizləmişdir, belə isə heç vaxt bir müsəlmanı təhqir etməyin, o, Allahın övliyalarından ola bilər.” 
    Bildirişlər
    1. Kim Allahın vəlisidirsə ("vəliyy”-hami), Allah da onun vəlisidir. 
    2. Qəlbində Allah qorxusu olan üçün başqa qorxu yoxdur.
    3. Allah övliyalarının işıqlı, qorxusuz və kədərsiz gələcəkləri var.
    4. İman və təqva Allah övliyalarının köklü xüsusiyyətidir.
    5. Daimi iman və təqva həm nigarançılığı aradan qaldırır, həm də insanı Allahın övliyası qərar verir.

    Tez-tez Verilən Suallar

    Yunus surəsi 63-cü ayə haqqında suallar və cavablar

    Yunus surəsinin 63-cü ayəsi nə haqqındadır?
    O kəslər ki, iman gətirib həmişə (günahlardan) çəkinirdilər.
    Yunus surəsi 63-cü ayə hansı surədə yerləşir?
    Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 63-cü ayə Yunus surəsinin tərkib hissəsidir.
    Yunus surəsi 63-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
    Bəli, Yunus surəsinin 63-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
    Yunus surəsi 63-cü ayənin təfsiri nədir?
    "İman gətirənlər və təqva yolunu tutanlar (üçün qorxu yoxdur)” Nöqtələr Bu ayələr övliyaların xüsusiyyətlərini sadalayır. Onların şüarı Allah qorxusudur. Bu qorxunun nəticəsi təqvadır. Təqvanın səmərəsi isə hesab qorxusundan qurtuluşdur.  Övliyaların uyğun qorxudan uzaqlığı həm dünya, həm də axirətə aiddir. Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Allah övliyalarının sükutu zikr, baxışı ibrət, sözü hikmət, cəmiyyətdəki hərəkəti bərəkət qaynağıdır.”  Həzrət Əli (ə) buyurmuşdur: "Allah Öz vəlisini xalq ...
    Bu ayəni ərəbcə necə oxumaq olar?
    Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.