Yunus surəsi · 57-ci ayə

Ey (tarix boyu gələn bütün) insanlar, şübhəsiz, Rəbbiniz tərəfindən sizin üçün bir öyüd-nəsihət (başdan-başa öyüd-nəsihət olan bir kitab), sinələrdə olan (xarab əqidələr və rəzil sifətlər) üçün bir şəfa və möminlər üçün bir hidayət və mərhəmət gəlmişdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 57
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Ey xalq! Həqiqətən, Rəbbiniz tərəfindən sinələrinizdəki üçün şəfa qaynağı, möminlər üçün hidayət və rəhmət olan öyüd-nəsihət gəldi.”
Nöqtələr
”Moizə” xəbərdarlıq və qorxutma vasitəsi ilə saflaşdırma mənasını bildirir. 
"Şifaun lima fis-sudur” təbirində moizə vasitəsi ilə qəlbin ruhi bəlalardan paklanması nəzərdə tutulur. Ruhi xəstəliklər bədən xəstəliklərindən daha ağırdır. Quran ruhi xəstəliklərə şəfa vermək qüdrətindədir.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Dəhşətli fitnələrin hücumu zamanı Qurana sığının. O həm moizə, həm şəfa, həm nur, həm də rəhmətdir. 
İmam Sadiq (ə) buyurmuşdur: "Quran bütün ruhi xəstəliklərin və şübhələrin şəfasıdır.” 
Ayədə tərbiyə və təkamülün dörd mərhələsinə işarə olunmuşdur: Zahiri işlərə münasibətdə moizə mərhələsi; ruhun çirkinliklərdən paklanma mərhələsi; məqsədə doğru istiqamətlənmə mərhələsi; ilahi rəhmətin əldə olunma mərhələsi.
Bildirişlər
1. Moizə, şəfa, hidayət və rəhmətlə bağlı kitabın nazil olması ilahi rübubiyyət şənindəndir.
2. Quran hər bir dərdin şəfasıdır. Dərdlərimizə şərq və qərb məktəblərində yox, Quran məktəblərində şəfa axtarmalıyıq.
3. Quran bütün xalq üçün moizədir. Amma yalnız haqqı qəbul edənlər hidayət və rəhmətə nail olurlar.

Tez-tez Verilən Suallar

Yunus surəsi 57-ci ayə haqqında suallar və cavablar

Yunus surəsinin 57-ci ayəsi nə haqqındadır?
Ey (tarix boyu gələn bütün) insanlar, şübhəsiz, Rəbbiniz tərəfindən sizin üçün bir öyüd-nəsihət (başdan-başa öyüd-nəsihət olan bir kitab), sinələrdə olan (xarab əqidələr və rəzil sifətlər) üçün bir şəfa və möminlər üçün bir hidayət və mərhəmət gəlmişdir.
Yunus surəsi 57-ci ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 57-ci ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 57-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 57-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 57-ci ayənin təfsiri nədir?
"Ey xalq! Həqiqətən, Rəbbiniz tərəfindən sinələrinizdəki üçün şəfa qaynağı, möminlər üçün hidayət və rəhmət olan öyüd-nəsihət gəldi.” Nöqtələr ”Moizə” xəbərdarlıq və qorxutma vasitəsi ilə saflaşdırma mənasını bildirir.  "Şifaun lima fis-sudur” təbirində moizə vasitəsi ilə qəlbin ruhi bəlalardan paklanması nəzərdə tutulur. Ruhi xəstəliklər bədən xəstəliklərindən daha ağırdır. Quran ruhi xəstəliklərə şəfa vermək qüdrətindədir. Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Dəhşətli fitnələrin hücumu zamanı Qu...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.