Yunus surəsi - Ayə: 58

Məkkəvi Quran-ı Kərim
Yunus surəsi - Ayə: 58
De: «Allahın lütf və rəhmətinə, (bəli) həmin lütf və rəhmətə sevinsinlər ki, o, onların yığdıqlarından daha yaxşıdır».
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yunus surəsi 58. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 58 MÖHSÜN QƏRAƏTİ.

"De ki, (möminlər) yalnız Allahın fəzl və rəhmətinə şad olsunlar. (Var-dövlət və məqam onları sevindirməsin.) O, (fəzl və rəhmət) topladıqları hər şeydən üstündür.”
Nöqtələr
Ötən ayədə qeyd olunduğu kimi, Quranın şəfa, moizə və rəhmət olmasını nəzərə alaraq bu ayədən belə bir nəticə çıxarmaq olur ki, fəzl və rəhmət dedikdə Qurana bağlılıq nəzərdə tutulur. Həzrət Əli (ə) buyurmuşdur: "Qiyamət günü nida olunar ki, Quran əkinində məşğul olanlardan savay hər bir əkinçi bəlaya giriftar olar... "Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Allahdan İslam və Quran düşüncəsi nemətini aldığı halda özünü bədbəxt sayan kəs həqiqətən bədbəxtdir. Qiyamət gününədək bədbəxtlik möhürü onun alnındadır.” Sonra həzrət bu ayəni tilavət etmişdir.  Digər bir rəvayətlərdə buyurulur: "Həyatınızın xoşbəxt, ölümünüzün şəhid ölümü olması üçün Quranın sorağına gedin və Qiyamət gününün həsrətindən qurtulun. Çünki Quran Rəhman Allahın kəlamı, şeytanın şərindən aman, əməl mizanının üstünlük və ağırlığıdır.” 
Rəvayətlərdə "fəzl və rəhmət” təbiri "nübuvvət və imamət” kimi təfsir olunmuşdur.  Necə ki, ilahi nemətlərlə fəzl və rəhmət Allahın xüsusi nemətləri mənasında açıqlanır. 
Həzrət Peyğəmbər (s) buyurmuşdur: "İman əhli bilsin ki, din neməti kafirlərin bütün var-dövlətlərindən üstündür və bu neməti əldə edənlər şadlanmalıdırlar.” 
Bildirişlər
1. Şəfa, moizə, hidayət və rəhmət olan Quran kimi qanunla fəxr edək. O bütün bəşəri qanunlardan üstündür.
2. Var-dövlət və məqama görə yox, vilayət nemətinə görə şadlanaq.
3. Nemətləri Allahın fəzli bilək. Belə olsa şadlığımız ilahi rəng alar və təkəbbürə səbəb olmaz. 
4. Yalnız Quran neməti sevinc doğurmalıdır.
5. Maddi nemətlər bəzən fitnə-fəsada səbəb olur və bu nemətlər ötəridir. Mənəvi nemətlər isə davamlıdır və təkamül səbəbidir.
6. Mənəvi nemətlər bütün maddi nemətlərdən üstündür. (Qurandan bəhrələnmiş insanı öz yoxsulluğu və başqalarının var-dövləti kədərləndirməməlidir.)
Müəllif: MÖHSÜN QƏRAƏTİ.