Yunus surəsi · 5-ci ayə

Günəşi işıqlı və ayı (günəşin şüaları ilə) nurlu edən və illərin (qəməri illərinin) sayını və hesabı (işlərinizin vaxtını) biləsiniz deyə onun üçün (yer kürəsi ətrafında fırlanmasında) mənzillər müəyyənləşdirən Odur. Allah onları yalnız haqq (məqsəd) üçün yaratdı. O, (Öz) ayə və nişanələri(ni) bilən bir dəstə üçün hərtərəfli (həm xarici aləmdə, həm də söz ilə) açıqlayır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 5
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Günəşi parlaq, ayı işıqlı qərar verən Odur. Ay üçün mənzillər qərar verib ki, illərin sayını və hesabı biləsiniz. Allah bunları yalnız haqq əsasında yaratmışdır. Allah qövmə bilmələri üçün ayələri ətraflı bəyan edər.”
Nöqtələr
Quranda günəş haqqında "ziya”, ay haqqında "nur” təbirləri işlədilmişdir. "Ziya” güclü, "nur” zəif işıqdır.
"Ziya” sözü "zəv” sözünün cəm forması kimi götrüldükdə çeşidli nurlara işarə oluna bilər. 
Ayələrin ətraflı bəyanı dedikdə, Allahın yaranışdakı qüdrəti və düşüncə əhli üçün xilqətin genişlənməsinin aydınlığı nəzərdə tutula bilər. 
Allah ilin hesablanması üçün səmada nişanələr qoyduğu kimi, xalqın hidayəti üçün yerdə peyğəmbərlər, tərbiyəçilər qərar vermişdir. Çünki bəşəriyyətin tərbiyəyə ehtiyacı, ilin hesabına olan ehtiyacdan daha mühümdür. 
Bildirişlər
1. Bütün mövcudların həyatı işıq və istilikdən asılıdır. Allah bu ehtiyacları günəş və ay vasitəsi ilə təmin edir.
2. Planetlərin hərəkətində və onlar üçün orbitlərin təyinində insanın ehtiyacları nəzərə alınmışdır.
3. Ayın hərəkətindəki nizam təbii, ümumi və həmişəlik bir təqvim tənzimləməyə imkan vermişdir. (Ayın forma dəyişiklikləri ilə günləri hesablamaq olur.)
4. Şəri işlərdə hesab ölçüsü qəməri il və aydır.
5. Rəqəmlərin və statistikanın insan həyatında mühüm rolu var.
6. Yaranış əbəs deyil, haqqa əsaslanır.
7. Təlim-tərbiyə üsullarından biri (ümumi söhbət yox,) konkret məsələnin açıqlanmasıdır.
8. Yaranış sirlərini anlamaq üçün düşüncə və təlimə ehtiyac var.

Tez-tez Verilən Suallar

Yunus surəsi 5-ci ayə haqqında suallar və cavablar

Yunus surəsinin 5-ci ayəsi nə haqqındadır?
Günəşi işıqlı və ayı (günəşin şüaları ilə) nurlu edən və illərin (qəməri illərinin) sayını və hesabı (işlərinizin vaxtını) biləsiniz deyə onun üçün (yer kürəsi ətrafında fırlanmasında) mənzillər müəyyənləşdirən Odur. Allah onları yalnız haqq (məqsəd) üçün yaratdı. O, (Öz) ayə və nişanələri(ni) bilən bir dəstə üçün hərt...
Yunus surəsi 5-ci ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 5-ci ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 5-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 5-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 5-ci ayənin təfsiri nədir?
"Günəşi parlaq, ayı işıqlı qərar verən Odur. Ay üçün mənzillər qərar verib ki, illərin sayını və hesabı biləsiniz. Allah bunları yalnız haqq əsasında yaratmışdır. Allah qövmə bilmələri üçün ayələri ətraflı bəyan edər.” Nöqtələr Quranda günəş haqqında "ziya”, ay haqqında "nur” təbirləri işlədilmişdir. "Ziya” güclü, "nur” zəif işıqdır. "Ziya” sözü "zəv” sözünün cəm forması kimi götrüldükdə çeşidli nurlara işarə oluna bilər.  Ayələrin ətraflı bəyanı dedikdə, Allahın yaranışdakı qüdrəti və düşüncə ə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.