Yunus surəsi - Ayə: 6

Məkkəvi Quran-ı Kərim
Yunus surəsi - Ayə: 6
Şübhəsiz, gecə ilə gündüzün get-gəlində və (fəsillərə və ya yerin məntəqələrinə uyğun olaraq onların) hər birinin uzun və qısalığında və Allahın (planetlər, mələklər və canlılar kimi) göylərdə və (bitkilər, heyvanlar, cinlər və insanlar kimi) yerdə yaratdığında təqvalı olan bir dəstə üçün (Allahın tövhid, əzəmət, qüdrət və hikmətindən) ayə və nişanələr vardır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yunus surəsi 6. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 6 MÖHSÜN QƏRAƏTİ.

"Həqiqətən, gecə və gündüzün get-gəlində, Allahın göylərdə və yerdə yaratdığında təqvalı qövm üçün (böyük) nişanələr var.”
Nöqtələr
İlahi nişanələr və ayələrin təfsiri ötən ayədə alimlər, bu ayədə isə təqva əhli üçün bəyan olundu. Nəticə bu oldu ki, həm bilən, həm də təqva yolunu tutanlar kama çatır. Təqvalı cahil və günahkar alim ilahi ayələrdən lazımınca bəhrələnmir.
"İxtilaf” dedikdə həm get-gəl, həm də fərq mənaları anlaşılır.
Gecə və gündüz arasında müəyyən cəhətlərdən ixtilaf var: bir-birinə nisbətən yerdəyişmə ; gecənin aramlıq, gündüzün səy üçün olması ; müxtəlif fəsillərdə onların uzunluğunun artıb-azalması; müxtəlif məntəqələrdə onların uzunluğunun dəyişməsi.
Sual: Nə üçün bir qrup alim Allahı inkar edir?
Cavab: Həqiqətin əldə olunmasında təkcə elm bəs etmir. Baxışları hədəf sahibləri və həqiqət sorağında olanlar müəyyənləşdirməlidir.
Bildirişlər
1. Bütün varlıq aləmi dəyişməkdədir.
2. Hadisələrə lazımınca diqqət göstərək.
3. Günah və bulaşıqlıq insanın bilik və araşdırmalarına mənfi təsir göstərir. (Təqva varlıq aləminin düzgün dərki üçün vasitədir.)
Müəllif: MÖHSÜN QƏRAƏTİ.