Yunus surəsi · 35-ci ayə

De: «Sizin şəriklərinizdən haqqa tərəf hidayət edən bir kəs varmı?» De: «Haqqa tərəf hidayət edən yalnız Allahdır (O hər bir varlığı xilqətindən öz təbii məqsədinə doğru hidayət edir və şəriət vasitəsi ilə doğru yola gətirilməyə layiq hər bir kəsi öz xeyirli məqsədinə doğru istiqamətləndirir). Belə isə, arxasınca gedilməyə haqqa tərəf hidayət edən kəs daha layiqdir, yoxsa hidayət edilməyincə doğru yolu tapa bilməyən kəs? Sizə nə olmuşdur? Necə mühakimə yürüdürsünüz?!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 35
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"De ki, Allaha şərik qoşduğunuz məbudlar arasında haqqa hidayət edəni varmı? De ki, (yalnız) Allah haqqa hidayət edir. İtaətə daha çox kim layiqdir: haqqa hidayət edən kəs, yoxsa başqası hidayət etmədikdə hidayət olmayan kəs? Sizə nə olub, necə hökm edirsiz?!”

     

    Nöqtələr
    Ötən ayədə ilkin yaranış, məad və varlığın yaranışına işarə olundu. Bu ayədə isə nübuvvət, peyğəmbərlik, imamət, hidayət haqqında danışıldı.
    Hidayət (doğru yola yönəltmə) iki növdür: Doğru yolun göstərilməsi və məqsədə çatdırma. Birinci iş peyğəmbərlərə aiddir. İkinci iş isə yalnız Allaha məxsusdur. 
    "Yəhdi iləl həqq” və "yəhdi lil həqq” təbirləri eyni mənadadır. 
    Yetərli sayda şiə və sünni rəvayətlərinə əsasən İslam Peyğəmbəri (s) buyurmuşdur: "Daim haqq Əli (ə) ilədir, Əli (ə) də haqla.” 
    Bildirişlər
    1. Haqqa çağırış və yönəltmə Allahlıq şənlərindəndir. (Pərəstiş ölçüsü məbudun hidayət edə bilməsidir.)
    2. Düzgün hidayət (yönəltmə) əhatəli elmə, nöqsansızlığa, qüdrətə, məhəbbət və məqsədə ehtiyaclıdır. Allahdan və Onun rəhbər kimi təyin etdiyi kəslərdən savay kimsə hadi, yəni doğru yol bələdçisi ola bilməz. Qüdrətsiz bütlər və zalım hakimlər hadi ola bilərmi?!
    3. Yalnız doğru yola çağıran kəs itaətə layiqdir.
    4. Nübuvvət, imamət və məsum rəhbərə itaət əqli prinsiplərdəndir.

    Tez-tez Verilən Suallar

    Yunus surəsi 35-ci ayə haqqında suallar və cavablar

    Yunus surəsinin 35-ci ayəsi nə haqqındadır?
    De: «Sizin şəriklərinizdən haqqa tərəf hidayət edən bir kəs varmı?» De: «Haqqa tərəf hidayət edən yalnız Allahdır (O hər bir varlığı xilqətindən öz təbii məqsədinə doğru hidayət edir və şəriət vasitəsi ilə doğru yola gətirilməyə layiq hər bir kəsi öz xeyirli məqsədinə doğru istiqamətləndirir). Belə isə, arxasınca gedil...
    Yunus surəsi 35-ci ayə hansı surədə yerləşir?
    Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 35-ci ayə Yunus surəsinin tərkib hissəsidir.
    Yunus surəsi 35-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
    Bəli, Yunus surəsinin 35-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
    Yunus surəsi 35-ci ayənin təfsiri nədir?
    "De ki, Allaha şərik qoşduğunuz məbudlar arasında haqqa hidayət edəni varmı? De ki, (yalnız) Allah haqqa hidayət edir. İtaətə daha çox kim layiqdir: haqqa hidayət edən kəs, yoxsa başqası hidayət etmədikdə hidayət olmayan kəs? Sizə nə olub, necə hökm edirsiz?!”   Nöqtələr Ötən ayədə ilkin yaranış, məad və varlığın yaranışına işarə olundu. Bu ayədə isə nübuvvət, peyğəmbərlik, imamət, hidayət haqqında danışıldı. Hidayət (doğru yola yönəltmə) iki növdür: Doğru yolun göstərilməsi və məqsədə çatdırma....
    Bu ayəni ərəbcə necə oxumaq olar?
    Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.