Yunus surəsi - Ayə: 36

Məkkəvi Quran-ı Kərim
Yunus surəsi - Ayə: 36
Onların çoxu (əqidə və etiqadlarında) yalnız zənnə və gümana tabe olurlar, halbuki, şübhəsiz (zənn və) güman heç bir haqqın yerini tutmur. Həqiqətən Allah onların nə etdiklərini biləndir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yunus surəsi 36. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 36 MÖHSÜN QƏRAƏTİ.

"Onların çoxu yalnız (əsassız) gümana itaət edirlər. Şübhəsiz, güman heç vəchlə həqiqətə olan ehtiyacı ödəmir. Həqiqətən, Allah xalqın gördüyü işlərdən agahdır.”
Nöqtələr
Gerçək dəyər elmdədir. Güclü ehtimal və əminlik də həqiqətə əsaslandıqda dəyərli olur. Ayə və rəvayətlər əsasında fəqihin ilahi hökmləri müəyyənləşdirməsi də dəyərdir. Amma cahil ata-babalara təqlidçiliyə əsaslanan əqidə puçdur.
Bildirişlər
1. Çoxluq haqlılıq deyil.
2. Peyğəmbərlərin müxalifləri məntiqsizdirlər.
3. Şirkin elmi kökü yoxdur.
4.Əqidə məsələsində gümana yox, elmə əsaslanmaq lazımdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.