Yunus surəsi · 23-cü ayə

Beləliklə onlara nicat verən kimi birdən (görərsən ki,) yer üzündə haqsız yerə zülm edirlər! Ey insanlar, şübhəsiz, sizin zülmləriniz öz ziyanınızadır. Dünya həyatından (azacıq) bir bəhrə əldə edirsiniz, sonra dönüşünüz Bizə tərəfdir. Beləliklə sizi əməllərinizdən xəbərdar edəcəyik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 23
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Elə ki, Allah onlara nicat verdi, həmin vaxt yer üzündə nahaqdan azğınlıq edirlər. Ey xalq! Həqiqətən, sizin azğınlığınız yalnız öz zərərinizədir. Dünya həyatının ləzzətləri (bir neçə gündən çox deyil), sonra qayıdışınız Bizə doğrudur. Sizi əməllərinizdən agah edəcəyik.”
Nöqtələr
"Bəğy” tələb mənasını bildirir. Zalım həmişə başqalarının fikrini qəsb etmək fikrində olduğundan ona "Baği” deyilir. 
Bildirişlər
1. İnsan vəfasız, əhdini pozan və naşükürdür. (Ötən ayədə bildirildiyi kimi, o nicat tapsa şükür edəcəyini vəd edir, amma nicat tapdıqdan sonra qəflətə uğrayır.)
2. Xalqa zülm insanın özünə zülmüdür. Çünki hamı bir-birindəndir. 
3. Zülm-sitəmin cəzası həm dünya, həm də axirətə aiddir.
4. Zalımlar yalnız bir neçə günlük dünyada ləzzət alırlar. Bu isə qiyamət cəzası ilə müqayisədə heçdir.
5. Zülmlərin kökü insanın dünyapərəstliyidir.
6. Qiyamətin xatırlanması insanı günahdan çəkindirən amillərdəndir.
7. Allah insanın bütün işlərindən agahdır. İnsan da qiyamət günü bütün əməllərindən xəbər tutacaq.

Tez-tez Verilən Suallar

Yunus surəsi 23-cü ayə haqqında suallar və cavablar

Yunus surəsinin 23-cü ayəsi nə haqqındadır?
Beləliklə onlara nicat verən kimi birdən (görərsən ki,) yer üzündə haqsız yerə zülm edirlər! Ey insanlar, şübhəsiz, sizin zülmləriniz öz ziyanınızadır. Dünya həyatından (azacıq) bir bəhrə əldə edirsiniz, sonra dönüşünüz Bizə tərəfdir. Beləliklə sizi əməllərinizdən xəbərdar edəcəyik.
Yunus surəsi 23-cü ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 23-cü ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 23-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 23-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 23-cü ayənin təfsiri nədir?
"Elə ki, Allah onlara nicat verdi, həmin vaxt yer üzündə nahaqdan azğınlıq edirlər. Ey xalq! Həqiqətən, sizin azğınlığınız yalnız öz zərərinizədir. Dünya həyatının ləzzətləri (bir neçə gündən çox deyil), sonra qayıdışınız Bizə doğrudur. Sizi əməllərinizdən agah edəcəyik.” Nöqtələr "Bəğy” tələb mənasını bildirir. Zalım həmişə başqalarının fikrini qəsb etmək fikrində olduğundan ona "Baği” deyilir.  Bildirişlər 1. İnsan vəfasız, əhdini pozan və naşükürdür. (Ötən ayədə bildirildiyi kimi, o nicat tap...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.