Yunus surəsi · 19-cu ayə

İnsanlar (xilqətin əvvəlində uzun müddət) yalnız vahid (və ixtilafsız) bir millət idilər. Beləliklə (dünya işlərində ictimai münasibətlərə görə, kitab nazil olduqdan sonra isə ixtilaflarını aradan qaldırmaq üçün kitabın özü ilə bağlı) ixtilafa düşdülər. Əgər (əzəli elmində və Lövhi-Məhfuzda) Rəbbindən (bütün dəlil-sübutlar təqdim edilməmişdən əzab verməmək və dəlil-sübutlar təqdim edildikdən sonra da tələsməmək barəsində) bir kəlam keçməsəydi, onların arasında mütləq ixtilaf etdikləri şey barəsində (əməli surətdə) hökm edilərdi. (Bəqərə surəsinin 213-cü ayəsinə müraciət edin.)

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 19
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Başlanğıcda) insanlar vahid bir ümmət idilər. (Pak tövhid fitrətində idilər.) Sonra ixtilafa düçar oldular. (Bir qrup müvəhhid, digəri müşrik oldu.) Əgər Rəbbin tərfindən bir sünnə (imtahan üçün möhlət) müəyyənləşməsəydi, xalq arasında ixtilaf etdikləri şeyə görə mühakimə aparılardı. (Azğınların məhvi hökm olunardı.)”
Nöqtələr
Allah-təala Adəm və Həvvanı yerə endirdiyi vaxt buyurdu: "Yer üzü sizin və nəsliniz üçün bir müddət məskəndir.”  Demək, ilk gündən müəyyənləşmişdi ki, insana yer üzündə bir müddət möhlət verilsin. Olsun ki, "kəlimətun səbəqət” dedikdə həmin müqəddərat, proqram nəzərdə tutulmuşdur.
Bildirişlər
1. Bəşər ilkin yaranışda vahid ümmət, həmfikir və müvəhhid olmuşdur.
2. İctimai həyat elə başlanğıcdan mövcuddur.
3. Əqidə və əməldə ziddiyyət bəşər cəmiyyətinin zərurətlərindəndir.
4. Möhlət verilməsi ilahi rübubiyyət şənindəndir.
5. Seçim və əməl üçün fərdlərə möhlət verilməsi ilahi sünnədir.

Tez-tez Verilən Suallar

Yunus surəsi 19-cu ayə haqqında suallar və cavablar

Yunus surəsinin 19-cu ayəsi nə haqqındadır?
İnsanlar (xilqətin əvvəlində uzun müddət) yalnız vahid (və ixtilafsız) bir millət idilər. Beləliklə (dünya işlərində ictimai münasibətlərə görə, kitab nazil olduqdan sonra isə ixtilaflarını aradan qaldırmaq üçün kitabın özü ilə bağlı) ixtilafa düşdülər. Əgər (əzəli elmində və Lövhi-Məhfuzda) Rəbbindən (bütün dəlil-sübu...
Yunus surəsi 19-cu ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 19-cu ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 19-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 19-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 19-cu ayənin təfsiri nədir?
"(Başlanğıcda) insanlar vahid bir ümmət idilər. (Pak tövhid fitrətində idilər.) Sonra ixtilafa düçar oldular. (Bir qrup müvəhhid, digəri müşrik oldu.) Əgər Rəbbin tərfindən bir sünnə (imtahan üçün möhlət) müəyyənləşməsəydi, xalq arasında ixtilaf etdikləri şeyə görə mühakimə aparılardı. (Azğınların məhvi hökm olunardı.)” Nöqtələr Allah-təala Adəm və Həvvanı yerə endirdiyi vaxt buyurdu: "Yer üzü sizin və nəsliniz üçün bir müddət məskəndir.”  Demək, ilk gündən müəyyənləşmişdi ki, insana yer üzündə ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.