Yunus surəsi - Ayə: 18

Məkkəvi Quran-ı Kərim
Yunus surəsi - Ayə: 18
Onlar Allahın yerinə onlara nə bir zərər yetirən və nə də bir mənfəət verən şeylərə ibadət edir və «bunlar Allah yanında bizim şəfaətçilərimizdir» deyirlər. De: «Allaha nə göylərdə və nə də yerdə (guya) xəbəri olmayan bir şeydən xəbər verirsiniz?! O, şərik qoşduqları şeydən pak və ucadır».
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yunus surəsi 18. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 18 MÖHSÜN QƏRAƏTİ.

"Onlar Allah əvəzində onlara heç bir zərəri və xeyri olmayan şeylərə pərəstiş edir və deyirlər: "Bu bütlər bizim Allah yanındakı şəfaətçilərimizdir.” De ki, Allaha göylərdə və yerdə tanımadığı bir şeyimi xəbər verirsiniz? Allah Ona şərik qoşduqlarınızdan pak və ucadır.”
Nöqtələr
Təfsire-Mərağidə bu ayəyə istinadən ilahi övliyalara təvəssül və qəbirlərin ziyarəti rədd edilmişdir. Həqiqətdə isə belə deyil. Əvvəlcə bu ayədə "pərəstiş, ibadət edirlər” təbiri işlədilmişdir. Ziyarət və təvəssüldə isə kimsə Allahdan qeyrisinə pərəstiş etmir. İkincisi, biz Bərzəx həyatına inanırıq. Quran da şəhidləri diri sayır. Biz Allah yolunda şəhadətə çatmış övliyalardan dua istəyirik. Övliyaların və şəhidlərin daş və ağac bütlərlə bir tutulması insafsızlıqdır.
Bütlərə ya qorxudan, ya da qazanc ümidi ilə pərəstiş olunur. Halbuki bütlərdə nə zərər yetirmək, nə də fayda vermək qabiliyyəti var. Demək, bütpərəstlik üçün heç bir bəhanə yoxdur.
Bildirişlər
1. Bütpərəstlər məntiqsizdirlər və bütpərəstlik məntiqsiz bir işdir.
2. Bütpərəstlər Allahı qəbul edir, amma bütləri vasitə saydıqlarından onlara pərəstiş edirdilər.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.