Yunus surəsi · 108-ci ayə

De: «Ey insanlar, şübhəsiz, haqq (Qur’an və İslam dini) sizə Rəbbiniz tərəfindən gəlmişdir. Beləliklə kim doğru yola gəlsə, həqiqətən öz xeyrinə doğru yola gəlir və kim azsa, mütləq öz ziyanına azır və mən sizin işlərinizin gözətçi və vəkili deyiləm.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 108
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"De ki, ey xalq, indi Rəbbiniz tərəfindən haqq sizin sorağınıza gəlmişdir. Hidayət olan, şübhəsiz, öz xeyrinə hidayət olur. Kim azırsa, yalnız öz zərərinə azır. Mən sizə vəkil deyiləm (ki, sizi zorla doğru yola çəkəm).”
Bildirişlər
1. Allah tərəfindən nazil olan hər bir şey (Quran və peyğəmbərlərin təlimi) haqdır və onlar Allahın rübubiyyət şənindəndir.
2. Peyğəmbərlərin besətinin, səmavi kitabların göndərilməsinin məqsədi bəşəriyyətin tərbiyələndirilməsidir.
3. Allah-təala höccəti tamamlamış, yetərli dəlillər gətirmişdir. Bizim haqqı qəbul etməmək üçün üzrümüz yoxdur.
4. Allah bizim hidayətimizə ehtiyac duymur. Tutduğumuz yolun xeyir və zərəri yalnız özümüzə aiddir.
5. İnsan ixtiyar sahibidir və hər bir insanın taleyi öz əlindədir. Hətta peyğəmbərlərə də ixtiyar verilməyib ki, xalqı məcbur etsinlər.
6. Peyğəmbərlərin vəzifəsi məcburiyyət yox, dəvət və təbliğdir.

Tez-tez Verilən Suallar

Yunus surəsi 108-ci ayə haqqında suallar və cavablar

Yunus surəsinin 108-ci ayəsi nə haqqındadır?
De: «Ey insanlar, şübhəsiz, haqq (Qur’an və İslam dini) sizə Rəbbiniz tərəfindən gəlmişdir. Beləliklə kim doğru yola gəlsə, həqiqətən öz xeyrinə doğru yola gəlir və kim azsa, mütləq öz ziyanına azır və mən sizin işlərinizin gözətçi və vəkili deyiləm.
Yunus surəsi 108-ci ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 108-ci ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 108-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 108-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 108-ci ayənin təfsiri nədir?
"De ki, ey xalq, indi Rəbbiniz tərəfindən haqq sizin sorağınıza gəlmişdir. Hidayət olan, şübhəsiz, öz xeyrinə hidayət olur. Kim azırsa, yalnız öz zərərinə azır. Mən sizə vəkil deyiləm (ki, sizi zorla doğru yola çəkəm).” Bildirişlər 1. Allah tərəfindən nazil olan hər bir şey (Quran və peyğəmbərlərin təlimi) haqdır və onlar Allahın rübubiyyət şənindəndir. 2. Peyğəmbərlərin besətinin, səmavi kitabların göndərilməsinin məqsədi bəşəriyyətin tərbiyələndirilməsidir. 3. Allah-təala höccəti tamamlamış, y...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.