Yunus surəsi - Ayə: 109

Məkkəvi Quran-ı Kərim
Yunus surəsi - Ayə: 109
Sənə vəhy olunana tabe ol və (dəvət vəzifəsinin yerinə yetirilməsində) Allah (səni inkar edənlərlə sənin aranda) hökm çıxarana kimi səbr et. O, hökm çıxaranların ən yaxşısıdır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yunus surəsi 109. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 109 MÖHSÜN QƏRAƏTİ.

"Sənə vəhy olunana itaət et və Allahın mühakiməsinədək möhkəm dayan. O, ən üstün hakimdir.”
Bildirişlər
1. Xalqın iman gətirib-gətirməməsindən asılı olmayaraq ilahi göstərişlərdən boyun qaçırmayaq.
2. Peyğəmbərlər vəhy göstərişinə təslimdirlər.
3. Vəhy tədricən nazil olmuşdur.
4. Vəhyə itaət üçün səbrə ehtiyac var.
5. Rəhbər səbirli olmalıdır.
6. Elm əməlin, sabitqədəmlik qələbənin şərtidir.
7. Gələcəyə görə narahat olmayaq. Allah ən üstün hakimdir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.