Yunus surəsi · 103-cü ayə

Sonra (bəla nazil olan zaman) elçilərimizə və iman gətirənlərə nicat veririk. (Bütün əsr və mühitlərdə) möminlərə bu cür n öhdəmizə götürdüyümüz kimi nicat veririk.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 103
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Bəla və cəza nazil olarkən) peyğəmbərlərə və möminlərə nicat veririk. Möminləri bu sayaq azad etmək onların haqqıdır.”
Nöqtələr
Sual: Təcrübədə müşahidə etmişik ki, bəzən yaxşı da pisin oduna yanır. "Ənfal” surəsinin 25-ci ayəsində buyurulur ki, təkcə zalımları yox, hətta möminləri də bürüyəcək fitnədən qorxun. Bəs necə olur ki, bu ayədə möminlərin nicat tapacağı bildirilir?
Cavab: İman əhli kafirlər və günahkarlar arasında sakit dayanarsa, Allahın qəzəbi onlara da yetişər. Amma öz ilahi vəzifəsinə, yəni nəhy ən münkərə (pisliyin qadağasına) əməl edənlər bəla zamanı nicat tapırlar.
Bildirişlər
1. Allah peyğəmbərləri və möminləri Öz qəzəbinə düçar etmir.
2. İlahi sünnələrdən və möminlərin haqlarından biri əzab zamanı onların himayə olunmasıdır.
3. Qurtuluş vədi ilahi hərəkatların ən möhkəm dayağıdır.
4. Gələcək möminlərindir.

Tez-tez Verilən Suallar

Yunus surəsi 103-cü ayə haqqında suallar və cavablar

Yunus surəsinin 103-cü ayəsi nə haqqındadır?
Sonra (bəla nazil olan zaman) elçilərimizə və iman gətirənlərə nicat veririk. (Bütün əsr və mühitlərdə) möminlərə bu cür n öhdəmizə götürdüyümüz kimi nicat veririk.
Yunus surəsi 103-cü ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 103-cü ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 103-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 103-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 103-cü ayənin təfsiri nədir?
"(Bəla və cəza nazil olarkən) peyğəmbərlərə və möminlərə nicat veririk. Möminləri bu sayaq azad etmək onların haqqıdır.” Nöqtələr Sual: Təcrübədə müşahidə etmişik ki, bəzən yaxşı da pisin oduna yanır. "Ənfal” surəsinin 25-ci ayəsində buyurulur ki, təkcə zalımları yox, hətta möminləri də bürüyəcək fitnədən qorxun. Bəs necə olur ki, bu ayədə möminlərin nicat tapacağı bildirilir? Cavab: İman əhli kafirlər və günahkarlar arasında sakit dayanarsa, Allahın qəzəbi onlara da yetişər. Amma öz ilahi vəzif...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.