Yunus surəsi - Ayə: 104

Məkkəvi Quran-ı Kərim
Yunus surəsi - Ayə: 104
De: «Ey insanlar, əgər mənim dinim(in düz və ya səhv olması) barəsində şəkk-şübhədəsinizsə, onda (bilin ki,) mən sizin Allahın yerinə ibadət etdiklərinizə (bütlərə) ibadət etmirəm; və lakin sizin hamınızın canını alan Allaha ibadət edirəm və mənə möminlərdən olmaq əmr edilmişdir.»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yunus surəsi 104. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 104 MÖHSÜN QƏRAƏTİ.

الْمُؤْمِنِينَ
"De ki, ey xalq, əgər mənim dinimə şübhəniz varsa (bilin ki), sizin Allah yerinə pərəstiş etdiklərinizə pərəstiş etmirəm. Elə bir Allaha pərəstiş edirəm ki, sizin canınızı alır. Mənə möminlərdən olmaq əmr olunub.”
Bildirişlər
1. Başqalarının şəkki bizi şəkkə salmasın. Qətiyyət rəhbərlik şərtidir.
2. Kafirlərlə hər növ saziş, yaxınlıq qadağandır. Küfr cəbhəsi bizdən ümidini üzməlidir.
3. Düşmənin hətta İslam başçılarında da tamahı var. Demək, öz əyilməzliyimizi qətiyyətlə elan etməliyik.
4. Pərəstişə yalnız ölüm və həyat əlində olan kəs layiqdir.
5. Şübhəsiz ki, həm ölüm, həm də həyat Allahın əlindədir. Amma bu ayə yalnız ölüm haqqında danışır. Çünki ölüm ən üstün xəbərdarlıq vasitəsidir.
6. Müşriklər öz məbudlarını ağıllı sayırdılar.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.