Ət-Tövbə surəsi · 81-ci ayə

(Təbuk döyüşünə aparılmayıb) yerdə qoyulanlar Allahın Peyğəmbərinin (hərəkət etməsinin) əksinə olaraq evdə oturmalarına sevindilər. Onlar Allah yolunda malları və canları ilə cihad etməyi xoşlamadılar və (camaata) «istidə (döyüşə) getməyin!» dedilər. De: - əgər dərindən düşünürlərsə - «Cəhənnəm odu daha istidir».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 81
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Allah rəsulunun ziddinə olaraq döyüşdən boyun qaçıran, evdə oturmasından fərəhlənən, malı və canı ilə Allah yolu ilə cihaddan ikrah duyan, başqalarına "bu istidə (döyüş üçün) çölə çıxmayın” deyən kəslərə söylə ki, əgər bilərdilərsə, cəhənnəm odu daha yandırıcıdır.”
Nöqtələr
Bu ayə Təbuk döyüşü haqqındadır. Aydə münafiqlərin üç əlaməti zikr olunur: cəbhədən imtinaya münasibətdə peşmanlıq əvəzində fərəh; mal və canla cihadın ağırlığı; başqalarının cəbhəyə getməsinə maneçilik.
Ötən ayələrə əsasən, münafiqlər başqalarının maddi yardım göstərməsinə mane olurdular. Bu ayəyə əsasən isə onlar cəbhəyə gedişin də qarşısını alır, soyuq münasibət yaradırdılar.
Bildirişlər
1. Cəbhəyə getməməkdən fərəh duymaq, peyğəmbər göstərişinə qarşı çıxmaq nifaq nişanəsidir.
2. Cəbhəyə getməməkdən də pisi rəhbərə alçaldıcı münasibət və onun göstərişinə müxaliflikdir.
3. Allahın rəsuluna sorğu-sualsız itaət lazımdır.
4. Qorxaq mömin münafiqdən fərqlənir. Qorxaq mömin maddi yardım göstərir, cihadda iştirakı arzulayır. Münafiq isə nə kömək edir, nə də buna meyl göstərir.
5. Münafiqlər xalqı cihaddan saxlamaq üçün mənfi təbliğat aparır, havanın isti olması kimi bəhanələr gətirirlər.
6. Savaş astanasında hazır olmalıyıq ki, düşmənin mənfi təbliğatlarının qarşısını dərhal ala bilək.
7. Düşmən təbliğatına cavab verərkən onların öz sözlərindən istifadə edək.
8. Ölümdən sonrakı həyatı xatırlamaq cəbhəyə hərəkət üçün amil olur. Həqiqi möminlər heç vaxt havanın istiliyinə görə cihaddan qalmır.
9. Münafiqlər üzdən keçir, məsələnin dərinliyinə vara bilmirlər.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 81-ci ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 81-ci ayəsi nə haqqındadır?
(Təbuk döyüşünə aparılmayıb) yerdə qoyulanlar Allahın Peyğəmbərinin (hərəkət etməsinin) əksinə olaraq evdə oturmalarına sevindilər. Onlar Allah yolunda malları və canları ilə cihad etməyi xoşlamadılar və (camaata) «istidə (döyüşə) getməyin!» dedilər. De: - əgər dərindən düşünürlərsə - «Cəhənnəm odu daha istidir».
Ət-Tövbə surəsi 81-ci ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 81-ci ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 81-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 81-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 81-ci ayənin təfsiri nədir?
"Allah rəsulunun ziddinə olaraq döyüşdən boyun qaçıran, evdə oturmasından fərəhlənən, malı və canı ilə Allah yolu ilə cihaddan ikrah duyan, başqalarına "bu istidə (döyüş üçün) çölə çıxmayın” deyən kəslərə söylə ki, əgər bilərdilərsə, cəhənnəm odu daha yandırıcıdır.” Nöqtələr Bu ayə Təbuk döyüşü haqqındadır. Aydə münafiqlərin üç əlaməti zikr olunur: cəbhədən imtinaya münasibətdə peşmanlıq əvəzində fərəh; mal və canla cihadın ağırlığı; başqalarının cəbhəyə getməsinə maneçilik. Ötən ayələrə əsasən,...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.