Ət-Tövbə surəsi · 65-ci ayə

Əgər onlardan (nə üçün İslam əleyhinə danışır və fəaliyyət göstərirdiniz?) soruşsan, «biz yalnız zarafat edir və oynayırdıq» deyəcəklər. De: «Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehza edirdiniz?»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 65
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əgər münafiqlərdən (nə üçün məsxərə etdiklərini) soruşsan, şübhəsiz ki, deyərlər: "Biz yalnız zarafat edir, əylənirik.” De ki, yoxsa Allahı, Onun ayələrini və Peyğəmbərini (s) məsxərəyə qoyursunuz?!”
Nöqtələr
"Xəvz” sözü palçığa batmaq (qədəm qoymaq) mənasını bildirir. Bu söz Quranda çirkin işlərə yol vermək mənasında işlədilmişdir.
Ayə Təbuk döyüşünə aiddir. Həmin döyüş ki, münafiqlər həzrət Peyğəmbəri (s) qətlə yetirmək fikrinə düşmüşdülər. Onlardan biri demişdi: "Əgər qurğumuz faş olsa, nə edək?” O biri demişdi: "Deyərik ki, əylənirdik.” Əslində günahdan da pis bir üzr gətirdilər.” 
Bildirişlər
1. Yalan və don geyindirmək münafiqlərin daimi işlərindəndir.
2. Hətta qurğu ifşa olunmamış geri çəkilmək, zəiflik göstərmək, yalan və müxaliflik münafiqin nişanələrindəndir.
3. Allah münafiqlərin bəhanələri və gələcəkləri haqqında xəbər vermiş, onları rüsvay etmişdir.
4. Münafiqlər özlərinə haqq qazandırmaq üçün həm and içirdilər, həm də zarafat etdiklərini bildirirdilər.
5. Peyğəmbər (s) münafiqləri qınamağa borcludur.
6. Dini müqəddəsliklərlə zarafata icazə yoxdur.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 65-ci ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 65-ci ayəsi nə haqqındadır?
Əgər onlardan (nə üçün İslam əleyhinə danışır və fəaliyyət göstərirdiniz?) soruşsan, «biz yalnız zarafat edir və oynayırdıq» deyəcəklər. De: «Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehza edirdiniz?»
Ət-Tövbə surəsi 65-ci ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 65-ci ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 65-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 65-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 65-ci ayənin təfsiri nədir?
"Əgər münafiqlərdən (nə üçün məsxərə etdiklərini) soruşsan, şübhəsiz ki, deyərlər: "Biz yalnız zarafat edir, əylənirik.” De ki, yoxsa Allahı, Onun ayələrini və Peyğəmbərini (s) məsxərəyə qoyursunuz?!” Nöqtələr "Xəvz” sözü palçığa batmaq (qədəm qoymaq) mənasını bildirir. Bu söz Quranda çirkin işlərə yol vermək mənasında işlədilmişdir. Ayə Təbuk döyüşünə aiddir. Həmin döyüş ki, münafiqlər həzrət Peyğəmbəri (s) qətlə yetirmək fikrinə düşmüşdülər. Onlardan biri demişdi: "Əgər qurğumuz faş olsa, nə e...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.