Ət-Tövbə surəsi - Ayə: 51

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 51
De: «Bizə Allahın (Lövhi-Məhfuzda) bizim üçün yazdığından və qərara aldığından (zəfər, məğlubiyyət və sairədən) başqa əsla bir şey yetişməyəcəkdir. O bizim başçı və yardımçımızdır və bütün möminlər Allaha təvəkkül etməlidirlər.»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 51. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 51 MÖHSÜN QƏRAƏTİ.

"De ki, Allahın müəyyənləşdirdiyindən qeyri bir şey heç vaxt bizə yetişməyəcək. O, bizim mövlamızdır və möminlər yalnız Allaha təvəkkül etməlidirlər.”
Bildirişlər
1. Rəhbər və ümmət həm qəm, həm də şadlıqda şərikdir.
2. Biz vəzifəmizi yerinə yetirməliyik, nəticəyə cavabdeh deyilik. Biz cihad edirik, amma müqəddərat Allahın əlindədir.
3. Həqiqi möminlər hətta çətinlikləri də öz xeyirlərinə bilirlər.
4. İnsanın müqəddəratı öncədən yazılmışdır.
5. Ağa öz qulu üçün pislik istəməz. Allah möminlər üçün yalnız xeyir yazmışdır.
6. Mö min insan özünü ilahi hakimiyyət altında bilir.
7. Tövhidin ən üstün dərəcəsi ilahi qanun çərçivəsində hərəkət edilməsi və taleyin hikmət sahibi olan Allaha tapşırılmasıdır.
8. Yalnız Allaha sığınmaq lazımdır.
9. İman şərti Allaha təvəkküldür.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.