Ət-Tövbə surəsi - Ayə: 50

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 50
Əgər sənə bir yaxşılıq (qələbə və qənimət) yetişsə, bu onları narahat edər və əgər bir müsibət (məğlubiyyət yaxud bir ziyan) yetişsə, «biz işimizi(n ehtiyatını) qabaqcadan götürmüşük» deyər və şad halda (öz yerlərinə) qayıdarlar.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 50. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 50 MÖHSÜN QƏRAƏTİ.

"Sənə yaxşılıq üz verdikdə münafiqlər narahat olurlar. Sənə bir müsibət üz verdikdə isə deyirlər: "Biz öncədən özümüzə çarə qılmışıq” və xoşhallıqla dönüb gedirlər.”
Bildirişlər
1. Peyğəmbər və din rəhbəri İslam quruluşunun və ümmətin simasıdır.
2. Başqalarının xoş gününə narahat olan şəxsdə həsəd və münafiq sifəti vardır.
3. Dost-düşmənimizi acı və şirin hadisələr zamanı tanıyaq.
4. Peyğəmbər döyüşlərində həm qələbə olub, həm də məğlubiyyət.
5. Fürsəti qənimət sayan münafiqlər müsəlmanların rastlaşdıqları çətinliklərdən öz məqsədləri üçün istifadə edir və uzaqgörən olduqlarını bildirirdilər.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.