Ət-Tövbə surəsi - Ayə: 49

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 49
Onlardan bəzisi «mənə (bu döyüşü tərk etməyə) izn ver və məni fitnəyə (sənin əmrinə qarşı çıxmaq günahına) salma!» deyir. Bil ki, onlar fitnəyə (küfr və nifaq fitnəsinə) düşüblər. Şübhəsiz, Cəhənnəm kafirləri əhatə etmişdir (dünyada Cəhənnəm oduna girməyin səbəbi olan küfr və itaətsizliklə əhatə olunmaq formasında, axirətdə isə nəticə olan od ilə.)
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 49. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 49 MÖHSÜN QƏRAƏTİ.

"Onlardan bəziləri deyirlər: "Mənə icazə ver və məni fitnəyə salma.” Agah olun ki, belələri fitnəyə yuvarlanmışlar. Həqiqətən, cəhənnəm kafirləri əhatə edər.”
Nöqtələr
Bəni-Sələmə qəbiləsinin münafiq başçılarından biri Təbuk döyüşünə getməmək üçün Peyğəmbərdən (s) icazə istədi. O, bəhanə gətirirdi ki, gözünə qadın dəydikdə aldanıb günaha düşür. Həzrət bu şəxsə icazə verdi. Ayə nazil oldu və cəbhədə iştirak etmədiyinə görə həmin şəxsi günahkar və fitnəyə uğramış bildirdi. Həzrət Peyğəmbər (s) onu qəbilə başçılığından uzaqlaşdırıb, səxavətli və xoşxasiyyət Buşr ibn Bərranı onun yerinə təyin etdi. 
Bildirişlər
1. Hərbi qüvvələrə komandanlıq Peyğəmbər (s) və İslam cəmiyyətinin rəhbərinə aid məsuliyyətlərdəndir.
2. Hədəfsiz münafiqlər həzrət Peyğəmbəri(s) fitnəkar sayırdılar.
3. Münafiqlərin nəzərində Allah yolunda cihad bəladır.
4. Döyüş fitnə və sınaq butasıdır.
5. Bəzi münafiqlər imanlı insanları aldatmaq üçün dini məsələlərdən istifadə edirlər. (Onlar Rum qızlarına baxmamaq bəhanəsi ilə Allah və Onun rəsulunun əmrini ayaq altına alırlar.)
6. Döyüş fitnəsindən qorxanlar daha üstün fitnəyə düçar olurlar.
7. İlahi sınaqdan qaçmaq mümkünsüzdür. 
8. Münafiqlərin cihaddan kənarlaşmaq üçün bəhanə gətirməsi küfr səbəbidir.
9. Günah kafirlərin vücudunu əhatə etdiyindən cəhənnəm odu da onları əhatəyə alır. 
Müəllif: MÖHSÜN QƏRAƏTİ.