Ət-Tövbə surəsi · 51-ci ayə

De: «Bizə Allahın (Lövhi-Məhfuzda) bizim üçün yazdığından və qərara aldığından (zəfər, məğlubiyyət və sairədən) başqa əsla bir şey yetişməyəcəkdir. O bizim başçı və yardımçımızdır və bütün möminlər Allaha təvəkkül etməlidirlər.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 51
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"De ki, Allahın müəyyənləşdirdiyindən qeyri bir şey heç vaxt bizə yetişməyəcək. O, bizim mövlamızdır və möminlər yalnız Allaha təvəkkül etməlidirlər.”
Bildirişlər
1. Rəhbər və ümmət həm qəm, həm də şadlıqda şərikdir.
2. Biz vəzifəmizi yerinə yetirməliyik, nəticəyə cavabdeh deyilik. Biz cihad edirik, amma müqəddərat Allahın əlindədir.
3. Həqiqi möminlər hətta çətinlikləri də öz xeyirlərinə bilirlər.
4. İnsanın müqəddəratı öncədən yazılmışdır.
5. Ağa öz qulu üçün pislik istəməz. Allah möminlər üçün yalnız xeyir yazmışdır.
6. Mö min insan özünü ilahi hakimiyyət altında bilir.
7. Tövhidin ən üstün dərəcəsi ilahi qanun çərçivəsində hərəkət edilməsi və taleyin hikmət sahibi olan Allaha tapşırılmasıdır.
8. Yalnız Allaha sığınmaq lazımdır.
9. İman şərti Allaha təvəkküldür.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 51-ci ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 51-ci ayəsi nə haqqındadır?
De: «Bizə Allahın (Lövhi-Məhfuzda) bizim üçün yazdığından və qərara aldığından (zəfər, məğlubiyyət və sairədən) başqa əsla bir şey yetişməyəcəkdir. O bizim başçı və yardımçımızdır və bütün möminlər Allaha təvəkkül etməlidirlər.»
Ət-Tövbə surəsi 51-ci ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 51-ci ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 51-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 51-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 51-ci ayənin təfsiri nədir?
"De ki, Allahın müəyyənləşdirdiyindən qeyri bir şey heç vaxt bizə yetişməyəcək. O, bizim mövlamızdır və möminlər yalnız Allaha təvəkkül etməlidirlər.” Bildirişlər 1. Rəhbər və ümmət həm qəm, həm də şadlıqda şərikdir. 2. Biz vəzifəmizi yerinə yetirməliyik, nəticəyə cavabdeh deyilik. Biz cihad edirik, amma müqəddərat Allahın əlindədir. 3. Həqiqi möminlər hətta çətinlikləri də öz xeyirlərinə bilirlər. 4. İnsanın müqəddəratı öncədən yazılmışdır. 5. Ağa öz qulu üçün pislik istəməz. Allah möminlər üçü...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.