Ət-Tövbə surəsi · 43-cü ayə

Allah səni bağışlasın! Nə üçün doğruçular(ın halı) sənə aydınlaşmamış və yalançıları tanımadan onlara (döyüşə getməmək üçün) izn verdin?

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 43
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Allah səni bağışladı. Nə üçün doğruçular müəyyənləşməmiş, yalançıları tanımamış onlara icazə verdin?”
Nöqtələr
Deyilənə görə, bəzi münafiqlər heç bir üzr olmadan Peyğəmbərin (s) yanına gəlib Təbuk cəbhəsinə getməmək üçün bəhanə gətirirdilər. Həzrət Peyğəmbər (s) də onlara icazə verirdi. Bu ayədə belə bir icazə məzəmmət olunur və bildirilir ki, yalnız gerçək üzrü olanlara icazə verilə bilər.
Növbəti ayədə bildirilir ki, Allah münafiqləri cəbhəyə getmək tövfiqindən məhrum etmişdir. Demək, Peyğəmbərin (s) izni münafiqlərin cəbhədə iştirakına Allahın ikrahı sayəsində mümkün olmuşdur. Məzəmmət isə daha tez ifşa xatirinədir. 47-ci ayədə də münafiqlərin cəbhədə iştirakının zərərli olması önə çəkilir. Demək, həzrət Peyğəmbərin (s) icazəsi nə günah, nə də idarəçiliyin zəiflik nişanəsidir.
Bildirişlər
1. Müdiriyyət və tədbiri tənqidi mərhəmətlə müşayiət olunan Allahdan öyrənmək lazımdır.
2. Hərbi əməliyyat gedişində məzuniyyətə icazə yoxdur.
3. Bəhanə yolunu münafiqlərin üzünə bağlayın.
4. Yalnız rəhbərin icazəsi ilə döyüşdə iştirak etməmək olar.
5. Döyüş zamanı fərdlərin şəxsiyyətini daha yaxşı tanımaq olur.
6. Bəzən eyb örtmək yox, ifşa zəruri olur.
7. Münafiqləri tanımaq üçün onların cəbhə və cihaddakı əməllərini araşdırmaq lazımdır.
8. İslam cəmiyyəti elə sadiq rəftar etməlidir ki, münafiqlər rüsvay olsun.
9. Münafiqlərin cəbhədə iştirakı faydalı deyil. Amma onlar cəbhədən qaçmaqla özlərini rüsvay edirlər.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 43-cü ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 43-cü ayəsi nə haqqındadır?
Allah səni bağışlasın! Nə üçün doğruçular(ın halı) sənə aydınlaşmamış və yalançıları tanımadan onlara (döyüşə getməmək üçün) izn verdin?
Ət-Tövbə surəsi 43-cü ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 43-cü ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 43-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 43-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 43-cü ayənin təfsiri nədir?
"Allah səni bağışladı. Nə üçün doğruçular müəyyənləşməmiş, yalançıları tanımamış onlara icazə verdin?” Nöqtələr Deyilənə görə, bəzi münafiqlər heç bir üzr olmadan Peyğəmbərin (s) yanına gəlib Təbuk cəbhəsinə getməmək üçün bəhanə gətirirdilər. Həzrət Peyğəmbər (s) də onlara icazə verirdi. Bu ayədə belə bir icazə məzəmmət olunur və bildirilir ki, yalnız gerçək üzrü olanlara icazə verilə bilər. Növbəti ayədə bildirilir ki, Allah münafiqləri cəbhəyə getmək tövfiqindən məhrum etmişdir. Demək, Peyğəmb...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.