Ət-Tövbə surəsi - Ayə: 44

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 44
Allaha və axirət gününə iman gətirənlər malları və canları ilə cihad etməkdən qalmaq üçün səndən izn istəmirlər (çünki təkid olunmuş bir vacib olan həmin cihadın yerinə yetirilməsi üçün izn istəmək lazım deyil və eləcə də onun haram sayılan tərki üçün icazə almaq caiz deyil). Allah pərhizkarları tanıyandır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 44. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 44 MÖHSÜN QƏRAƏTİ.

"Allaha və qiyamət gününə iman gətirənlər mal və canları ilə cihaddan məzuniyyətə çıxmaq üçün heç vaxt icazə istəməzlər. Allah təqvalılardan agahdır.”
Nöqtələr
Cihad və şəhadət aşiqi olan gerçək mömin ölümdən qorxmur və məzuniyyətə çıxmaq üçün icazə istəmir. İlkin İslam dövründə israrla cəbhəyə getmək istəyənlər vardı. Onlar Peyğəmbər (s) onların istədiyini yerinə yetirmədikdə narahat olub ağlayardılar. 
Həzrət Peyğəmbər (s) Təbuk döyüşündə getdiyi vaxt Həzrət Əlini (ə) Mədinədə öz canişini təyin etdi. Döyüşdə iştirak edə bilməməsi Həzrət Əlini (ə) kədərləndirdi. Həzrət Peyğəmbər (s) ona təsəlli verib buyurdu: "Harun Musa üçün necə idisə, sən də mənim üçün eləsən.”
Bildirişlər
1. Mömin işdən qaçmır.
2. Təbuk döyüşündən qaçanlar imansız bir dəstə idi.
3. Təqva, şəhadət, cəbhədə iştirakın əsas amili yaranış və məada imandır.
4. Gerçək mücahidlər həm malları, həm də canları ilə fədakarlıq göstərirlər.
5. Təqva mal və canla cihaddan fərariliyə mane olur.
6. Allahın xəbərdar olmasına iman cihadda insan qəlbini isidir.
7. Təqvalı insan əmin-amanlıq dövründə yox, döyüş və cəbhədə tanınır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.