Ət-Tövbə surəsi · 41-ci ayə

Yüngül və ağır (süvari və piyada, yaxud cavan və qoca cihad meydanına tərəf) hərəkət edin və öz mallarınız və canlarınızla Allah yolunda cihad edin. Əgər bilsəniz, bu, sizin üçün daha xeyirlidir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 41
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Yüngül və ağır yüklə (cəbhə və cihada doğru) köç edin. Allah yolunda malınız və canınızla cihada qalxın. Əgər bilsəydiniz,bu sizin üçün daha yaxşıdır.”
Nöqtələr
"Xifaf” və "siqal” dedikdə, subay və ailəli, fəqir və varlı, piyada və süvari, kiçik ailəli və böyük ailəli, asudə və giriftar, ticarət və əkinçilik kimi əks mənalar anlaşılır.
İmam Sadiq (ə) buyurmuşdur: "Xifaf” və "siqal” deyərkən qoca və cavan nəzərdə tutulur.” 
"Fi zilalil-Quran” təfsirində deyilir: "Əbu-Əyyub Ənsari, Miqdad və Əbu-Təlhə kimi şəxslər qoca yaşlarında cəbhəyə gəlmişdilər. Yaşlı olduqları onların nəzərinə çatdırıldıqda bu ayəni tilavət etməklə cavab verərdilər.
Bildirişlər
1. Ümumi səfərbərlik zamanı bəhanə axtarmayın. (Dolanışıq çətinlikləri cihada getməmək üçün səbəb deyil.)
2. Bəzən hərbi təchizat zəif olsa da, bütün xalqın səfərbər edilməsi lazım gəlir.
3. Əqidə məktəbi maldan və candan dəyərlidir. Hər şey məktəbə fəda olmalıdır.
4. Fəqirlərə təkcə canla, varlılara həm mal, həm də canla cihad etmək vacibdir.
5. Dəyər ölçüsü ixlasdır.
6. İlahi hökmlər, eləcə də cihad göstərişi insanın gerçək ehtiyaclarının təmini üçündür.
7. Xalq öz həqiqi ehtiyacından xəbərsizdir.
8. Gerçək dəyərləri elm və mərifət sayəsində əldə etmək olar.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 41-ci ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 41-ci ayəsi nə haqqındadır?
Yüngül və ağır (süvari və piyada, yaxud cavan və qoca cihad meydanına tərəf) hərəkət edin və öz mallarınız və canlarınızla Allah yolunda cihad edin. Əgər bilsəniz, bu, sizin üçün daha xeyirlidir.
Ət-Tövbə surəsi 41-ci ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 41-ci ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 41-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 41-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 41-ci ayənin təfsiri nədir?
"Yüngül və ağır yüklə (cəbhə və cihada doğru) köç edin. Allah yolunda malınız və canınızla cihada qalxın. Əgər bilsəydiniz,bu sizin üçün daha yaxşıdır.” Nöqtələr "Xifaf” və "siqal” dedikdə, subay və ailəli, fəqir və varlı, piyada və süvari, kiçik ailəli və böyük ailəli, asudə və giriftar, ticarət və əkinçilik kimi əks mənalar anlaşılır. İmam Sadiq (ə) buyurmuşdur: "Xifaf” və "siqal” deyərkən qoca və cavan nəzərdə tutulur.”  "Fi zilalil-Quran” təfsirində deyilir: "Əbu-Əyyub Ənsari, Miqdad və Əbu-...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.