Ət-Tövbə surəsi · 33-cü ayə

Öz Peyğəmbərini müşriklərə xoş gəlməsə belə, hidayət (vasitələri) və haqq din ilə bütün dinlərə qalib etmək üçün göndərən Odur.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 33
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Allah) O kəsdir ki, Öz peyğəmbərini müşriklərin narahatçılığına baxmayaraq bütün dinlərə qalib gəlmək üçün hidayət və haqq dinlə göndərdi.”
Nöqtələr
Bu ayə "Fəth” (ayə 28) və "Səff” (ayə 9) surələrində də zikr olunmuşdur.
İslam məntiq baxımından həmişə qalib olsa da, bu ayə İslamın bütün dünyaya real hakimiyyətini vəd edir. Çünki digər ayələrdə də "Zəhərə” sözü istila mənasında işlədilmişdir. 
Bu vəd hələlik həyata keçməsə də, Allahın vədi qətidir və bir çox rəvayətlərdə bildirildiyi kimi, həzrət Mehdinin (ə) zühuru ilə həyata keçəsidir.
Həzrət Mehdinin (ə) qiyamı bir çox şiə və sünni mənbələrində nəql olunmuş həqiqətdir. Bu həqiqət müsəlmanların prinsipial etiqadlarındandır. Amma bəziləri, o cümlədən vəhhabilər bu əqidənin şiələr tərəfindən uydurulduğunu iddia edirlər. 
İmam Baqir (ə) buyurmuşdur: "Bir dövr gələcək ki, həzrət Məhəmmədin (s) risalətini etiraf edənlərdən savay kimsə qalmayacaq.” 
Bütün yer üzünü bürüyəcək dini hakimiyyətlə bağlı hədislər çoxdur. Həzrət Əli (ə) buyurur ki, əsrin imamının (ə) zühuru zamanı İslamın daxil olmadığı bir ev, bir şəhər qalmayacaq. Bütün məntəqələrdə sübh və axşam azan sədası ucalacaq.” 
Bildirişlər
1. İslam dini haqq üzərində qurulmuşdur. (Digər səmavi dinlər təhrif səbəbindən bu səciyyəni itirmişdir.)
2. Haqq batilə qalibdir.
3. Öz istək və hərəkətlərimizi Allahın iradəsi ilə uyğunlaşdıraq. Əks-təqdirdə məhv olasıyıq.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 33-cü ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 33-cü ayəsi nə haqqındadır?
Öz Peyğəmbərini müşriklərə xoş gəlməsə belə, hidayət (vasitələri) və haqq din ilə bütün dinlərə qalib etmək üçün göndərən Odur.
Ət-Tövbə surəsi 33-cü ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 33-cü ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 33-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 33-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 33-cü ayənin təfsiri nədir?
"(Allah) O kəsdir ki, Öz peyğəmbərini müşriklərin narahatçılığına baxmayaraq bütün dinlərə qalib gəlmək üçün hidayət və haqq dinlə göndərdi.” Nöqtələr Bu ayə "Fəth” (ayə 28) və "Səff” (ayə 9) surələrində də zikr olunmuşdur. İslam məntiq baxımından həmişə qalib olsa da, bu ayə İslamın bütün dünyaya real hakimiyyətini vəd edir. Çünki digər ayələrdə də "Zəhərə” sözü istila mənasında işlədilmişdir.  Bu vəd hələlik həyata keçməsə də, Allahın vədi qətidir və bir çox rəvayətlərdə bildirildiyi kimi, həz...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.