Ət-Tövbə surəsi - Ayə: 32

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 32
Onlar sözləri ilə Allahın nurunu (Onun dinini və kitabını) söndürmək istəyirlər, halbuki Allah kafirlərə xoş gəlməsə belə, yalnız Öz nurunu (hətta zamanın keçməsi, ağılların kamilləşməsi və bütün aləmin islahedicisinin gəlməsi ilə olsa da) kamilləşdirmək istəyir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 32. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 32 MÖHSÜN QƏRAƏTİ.

"Onlar Allahın nurunu ağızları ilə keçirmək istəyirlər. Amma Allah, kafirlər narahat olsalar da belə, Öz nurunu kamala çatdırmaq əzmindədir.”
Nöqtələr
Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Allah-təala yer əhlinə nəzər salıb məni seçdi. İkinci dəfə nəzər salıb Əli ibn Əbi-Talibi ayırdı. Məndən sonra yer üzünün nuru odur.” Sonra həzrət (s) bu ayəni tilavət etdi. 
Bildirişlər
1. Düşmənlərin fitnəkarlığı daimidir.
2. İslam hökmləri və Allahın dini bir nur, nur isə öz növbəsində həyat qaynağıdır.
3. Kafir dəstələri fərqli səylər göstərsələr də, onların son məqsədi din nurunu söndürməkdir.
4. Kafirlərin dinlə mübarizəsi günəşi üfürmək kimidir.
5. Din düşmənlərinin əsas fəaliyyəti təbliğat üzərində qurulmuşdur.
6. Əgər peyğəmbərin dilindən İslam nidası nurdursa, onun imamət şəklində davamı nurun tamamlanmasıdır.
7. Allah haqq tərəfdarlarına qələbə vəd etmişdir.
8. Allah din nurunu nəinki hifz edir, hətta genişləndirir.
9. Kafirlər bilsinlər ki, onlar dinə qarşı çıxmaqla Allahın qəti iradəsinə qarşı çıxmışlar. İslam məktəbinə qarşı istənilən bir səy məğlubiyyətə məhkumdur.
10. İslam əbədi məktəbdir, onun müxalifləri kafirdirlər.
11. Allah kafirlərə xoş gəlməsə də, Öz peyğəmbərini razı salmaq istəyindədir. (Allah İslam Peyğəmbərinin (s) razılığına xatir qibləni dəyişdi.)
Müəllif: MÖHSÜN QƏRAƏTİ.