Ət-Tövbə surəsi · 30-cu ayə

Yəhudilər dedilər: «(Yəhudi millətinə zillətdən sonra həyat bəxş etmiş və Tövratı yaymış) Üzeyir Allahın oğludur». Və xaçpərəstlər dedilər: «Məsih Allahın oğludur». Bu onların dilləri ilə dedikləri (həqiqəti və dəlili olmayan) bir sözdür. Onlardan qabaq kafir olmuş kəslərin (Allah üçün ata, oğul, ana və arvad fərz edən qədim bütpərəstlərin) sözlərinə oxşayır. Allah öldürsün onları! Necə və hara döndərilirlər?

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 30
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Yəhudilər deyirdilər: "Üzeyir Allahın oğludur.” Məsihilər isə deyir: "Məsih (İsa) Allahın oğludur.” Onların ağızlarına aldıqları bu sözlər öncə kafir olanların sözlərinə oxşayır. (Onlar deyirdilər: "Mələklər Allahın qızlarıdır”) Onları Allah öldürsün! Necə də üz döndərirlər!”
Nöqtələr
"Üzeyir” "Əzra” sözünün ərəbləşmiş formasıdır. Necə ki, "İsa” "Yəsu”, "Yəhya” "Yuhanna” sözündən düzəlmişdir.
Üzeyir böyük yəhudi alimlərindən idi. Ona "yəhudilərin xilaskarı” ləqəbi verilmişdi. Çünki Büxtün-Nəsr tərəfindən xalqın qırğını və məbədlərin xaraba qoyulub, Tövratın yandırılmasından, qadınların əsir götürülüb Kuvroş tərəfindən Babilin fəth edilməsindən sonra Üzeyir Kuvroşun yanına gəlib yəhudilərə himayə istədi.
Bu ayə "kitab əhli Allaha və qiyamətə iman gətirməmişdir” ayəsini bir növ izah edir.
Tədqiqatçıların nəzərincə, Tövrat və İncil Budda, Brahma və yunan xurafatları ilə qatışdırılmışdır. İncildəki bir çox əhvalatlar eynən budda və Brahma məzhəblərində mövcuddur. Bu günkü yəhudilər Üzeyiri Allahın oğlu saymasalar da, İslam peyğəmbərinin dövründə belə bir etiqad vardı. Məhz bu inanclarına xatir həzrət Peyğəmbər (s) onlardan soruşmuşdu: "Musanın məqamı daha üstün olduğu halda nə üçün onu Allahın oğlu saymırsınız?” Təbii ki, onlar bu suala cavab tapmamışdılar. 
Bildirişlər
1. Yəhudilərdən bir dəstəsi Üzeyiri Allahın oğlu saydığı və digər bir dəstənin də onların bu işi müqabilində susduğu üçün uyğun büdrəmə onların hamısına aid edilir.
2. Dini və ilahi şəxsiyyətlər haqqında uydurma yolverilməzdir.
3. Yəhudilərin və məsihilərin əqidələri xurafatla qarışmışdır.
4. Müşriklər bütləri Allahın şəriki, mələkləri Onun qızları sayırdılar. Yəhudilər və məsihilər isə Üzeyir və İsanı Allahın oğlu kimi qəbul edirdilər. Bu baxımdan onların sözləri kafirlərin sözlərinə oxşayırdı.
5. Yəhudi və məsihi dinlərindəki xurafatın kökü qədim kafirlərin əqidəsindəndir.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 30-cu ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 30-cu ayəsi nə haqqındadır?
Yəhudilər dedilər: «(Yəhudi millətinə zillətdən sonra həyat bəxş etmiş və Tövratı yaymış) Üzeyir Allahın oğludur». Və xaçpərəstlər dedilər: «Məsih Allahın oğludur». Bu onların dilləri ilə dedikləri (həqiqəti və dəlili olmayan) bir sözdür. Onlardan qabaq kafir olmuş kəslərin (Allah üçün ata, oğul, ana və arvad fərz edən...
Ət-Tövbə surəsi 30-cu ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 30-cu ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 30-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 30-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 30-cu ayənin təfsiri nədir?
"Yəhudilər deyirdilər: "Üzeyir Allahın oğludur.” Məsihilər isə deyir: "Məsih (İsa) Allahın oğludur.” Onların ağızlarına aldıqları bu sözlər öncə kafir olanların sözlərinə oxşayır. (Onlar deyirdilər: "Mələklər Allahın qızlarıdır”) Onları Allah öldürsün! Necə də üz döndərirlər!” Nöqtələr "Üzeyir” "Əzra” sözünün ərəbləşmiş formasıdır. Necə ki, "İsa” "Yəsu”, "Yəhya” "Yuhanna” sözündən düzəlmişdir. Üzeyir böyük yəhudi alimlərindən idi. Ona "yəhudilərin xilaskarı” ləqəbi verilmişdi. Çünki Büxtün-Nəsr ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.