Ət-Tövbə surəsi - Ayə: 31

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 31
Onlar öz alimlərini, rahiblərini və Məryəm oğlu Məsihi (əmrlərinə qeydsiz-şərtsiz itaət etmək baxımından) Allahın yerinə tanrılar götürdülər, halbuki onlara yalnız Ondan başqa bir məbud olmayan tək Allaha ibadət etmələri əmr olunmuşdu. O, qoşulan şəriklərdən pak (və uzaq)dır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 31. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 31 MÖHSÜN QƏRAƏTİ.

"(Kitab əhli) öz alimlərini, rahiblərini, Məryəm oğlu Məsihi Allah əvəzinə məbud götürdülər. Halbuki Allahdan qeyri bir məbuda pərəstiş etməmək göstərişi almışdılar. Allah Ona şərik qoşulan hər bir şeydən pakdır.”
Nöqtələr
"Hibr” sözünün cəm forması olan "əbvar” sözü alim, "rahib” sözünün cəm forması "röhban” sözü tərki-dünya mənasını bildirir. Bu şəxslər bütün müqəddəsliklərinə baxmayaraq, məbud yox, bəndədirlər.
Rahiblərə qeyd-şərtsiz itaət bir növ onlara pərəstişdir. İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs günah yolunda bir başqasına tabe olsa, ona pərəstiş etmişdir.” 
İmam Sadiq (ə) buyurmuşdur: "Kitab əhli namaz və orucu alimlərinə xatir yerinə yetirmirdi. Sadəcə, onların alimləri haramları halal, halalları haram etmişdilər və xalq onlara itaət edirdi. 
Müşriklər Allaha şərik qoşduqları üçün qiyamət günü peşman olacaqlar. 
Bildirişlər
1. Allahdan qeyrisinə qeyd-şərtsiz itaət bir növ həmin ünvana ibadətdir.
2. İstənilən bir formada insana pərəstiş etmək şirkdir. Heç bir şəxsiyyət büt olmamalıdır.
3. Düşüncə və məqsədi yalnız Allah olan məsum peyğəmbər alimlərdən fərqlənir. Ona görə də həzrət Məsihin adı ayrıca qeyd olunur.
4. Sevgilərin, dostluqların, itaətlərin həddi olmalıdır. Vəhyə əsaslanmayan istənilən bir quruluş, qütb, məqsəd, mürşid və ya təşkilata itaət şirkdir.
5. Tövhiddən şirkə büdrəmə təhlükəsi həmişə olmuşdur.
6. Qanun vermək yalnız Allahın haqqıdır. Qeyri-ilahi qanun qəbul edənlər İslam çərçivəsindən xaricdirlər.
7. Peyğəmbərlərə münasibətdə ifrata varmaq, onlara pərəstiş etmək və ya onları Allahın övladı adlandırmaq şirkdir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.