Ət-Tövbə surəsi · 29-cu ayə

(Yəhudilər və xristianlar kimi səmavi) kitab verilmiş kəslərin Allaha və axirət gününə iman gətirməyən (çünki, onların etiqad bəslədikləri Allah və məad, həqiqi Allah və məad deyildir), Allahın və Onun Peyğəmbərinin (Muhəmmədin – səllallahu əleyhi və alihi və səlləm – Qur’anda, Musa və İsanın da «Əhdi-ətiq» və «Əhdi-cədid»də şərab, donuz əti, rüşvət və sələm kimi) haram buyurduğunu haram hesab etməyən və haqq dinə (İslama) tabe olmayanları ilə onlar tam təslim və zillətlə öz əlləri ilə (İslam hökümətinin hakimiyyəti altında) cizyə ödəyincəyə qədər vuruşun.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 29
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Allaha və qiyamət gününə iman gətirməyən, Allahın və Onun rəsulunun haram etdiyini haram saymayan, haqq dinə boyun əyməyən kitab əhli ilə, onlar xar və zəlilcəsinə öz əlləri ilə cizyə verənədək vuruşun.”
Nöqtələr
Ötən ayələrdə müşriklərin murdarlığından və onlarla savaşdan danışıldı. Bu ayədə qarşısında döyüş və ya cizyə ödəmək kimi iki yol olan kitab əhli ilə rəftar qaydası bəyan olunur.
Müsəlmanlar xüms və zəkat ödəməklə İslam dövlətinə kömək edib onun xidmətlərindən faydalandıqları kimi, kitab əhli də cizyə adlı bir məbləğ ödəməklə bu hakimiyyətin himayəsinə sığınırlar.
Cizyənin miqdarı müsəlmanların rəhbəri tərəfindən təyin olunur. Əlbəttə, bu miqdarı ödəmək kitab əhlinə çətin gəlməlidir.
İmam Sadiq (ə) buyurmuşdur: "Əgər cizyə miqdarı az olsa, onu ödəyib-ödəməməyin fərqi olmaz və bu ödənc həqarət doğurmaz.” 
Kitab əhli hansısa şəkildə Allaha və qiyamət gününə inansa da, ayə onların gerçək iman gətirmədiyini bildirir. Çünki Quran ilahi maarifin bir hissəsini qəbul edib, o biri hissəsini inkar edənləri kafir sayır.  Eləcə də, xurafata qatışmış etiqadlar küfr sayılır. 
Bildirişlər
1. Kitab əhli öz peyğəmbərlərinin göstərişlərinə əməl etməsə günahkar sayılır.
2. Haqq din yalnız İslamdır. Digər dinlərdə təhrif və xurafata yol verildiyindən onlar həqiqi sayılmır.
3. Kitab əhlindən olan və iman gətirməyən kafirlərlə iki şəkildə rəftar etmək olar: döyüş və ya cizyə ödənməsi.
4. Kitab əhlindən illik vergi alınması zəruridir. Bu vergi ciddi tələb edilməli və nağd ödənməlidir. Qarşı tərəf bu vergini mütiliklə ödəməlidir.
5. İslam hökuməti elə bir qüdrətə sahib olmalıdır ki, başqaları asanlıqla təslim olsun.
6. Dini azlıqlar İslam hakimiyyətinə tabe olub, onun himayəsinə sığınmalıdırlar.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 29-cu ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 29-cu ayəsi nə haqqındadır?
(Yəhudilər və xristianlar kimi səmavi) kitab verilmiş kəslərin Allaha və axirət gününə iman gətirməyən (çünki, onların etiqad bəslədikləri Allah və məad, həqiqi Allah və məad deyildir), Allahın və Onun Peyğəmbərinin (Muhəmmədin – səllallahu əleyhi və alihi və səlləm – Qur’anda, Musa və İsanın da «Əhdi-ətiq» və «Əhdi-cə...
Ət-Tövbə surəsi 29-cu ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 29-cu ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 29-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 29-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 29-cu ayənin təfsiri nədir?
"Allaha və qiyamət gününə iman gətirməyən, Allahın və Onun rəsulunun haram etdiyini haram saymayan, haqq dinə boyun əyməyən kitab əhli ilə, onlar xar və zəlilcəsinə öz əlləri ilə cizyə verənədək vuruşun.” Nöqtələr Ötən ayələrdə müşriklərin murdarlığından və onlarla savaşdan danışıldı. Bu ayədə qarşısında döyüş və ya cizyə ödəmək kimi iki yol olan kitab əhli ilə rəftar qaydası bəyan olunur. Müsəlmanlar xüms və zəkat ödəməklə İslam dövlətinə kömək edib onun xidmətlərindən faydalandıqları kimi, kit...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.