Ət-Tövbə surəsi - Ayə: 28

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 28
Ey iman gətirənlər, doğrudan da müşriklər murdardırlar. Odur ki, bu ildən (Hicrətin doqquzuncu ili, Tövbə surəsinin nazil olduğu ildən) sonra Məscidül-Hərama yaxınlaşmamalıdırlar. Əgər (onlarla əlaqənin kəsildiyinə görə düçar olacağınız) yoxsulluq və kasıblıqdan qorxsanız, əgər Allah istəsə, tezliklə sizi Öz lütf və mərhəməti ilə ehtiyacsız edər. Həqiqətən Allah bilən və hikmətlidir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 28. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 28 MÖHSÜN QƏRAƏTİ.

"Ey iman gətirənlər! Şübhəsiz, müşriklər çirkin və murdardırlar. Gələn ildən Məscidül-hərama yaxınlaşmamalıdırlar. Əgər (kafirlərlə alış-verişin kəsilməsi ilə bağlı) yoxsulluqdan qorxursunuzsa, (bilin ki,) əgər Allah istəsə, tezliklə Öz fəzli ilə sizi ehtiyacsız edəcək. Həqiqətən, Allah agahdır və hikmət sahibidir.”
Nöqtələr
Hicrətin 9-cu ili həcc mərasimində Həzrət Əlinin (ə) müşriklərə oxuduğu dörd göstərişdən biri bu idi ki, növbəti ildən müşriklər Məscidül-hərama daxil ola bilməzlər.
Bildirişlər
1. Şirk murdarlıqdır. Gerçək paklıq iman sayəsində mümkündür.
2. Mömin insan qəlbində müşrikə qarşı nifrət hissi duymalıdır.
3. Dini hökmləri utancaqlıqla yox, qətiyyətlə yerinə yetirmək lazımdır.
4. Proqram və baxışın elanında icra gücümüzü nəzərə alaq. (Müşriklər elə əvvəlcədən çirkin idilər. Amma müsəlmanlar yalnız qüdrətə çatdıqdan sonra bəraət elan etdilər.)
5. Girişə yaxınlaşmaq daxil olmağa şərait yaratdığından, müşriklər müqəddəs yerlərə yaxınlaşmamalıdır.
6. Qurani-kərimdə bəzi qadağaların fəlsəfəsi bəyan olunmuşdur.
7. Müqəddəslik baxımından yer üzünün ayrı-ayrı hissələri bir-birlərindən fərqlənir.
8. Müxaliflərlə keçinib, onlara möhlət verək.
9. Göstəriş və proqramlarda onların doğuracağı reaksiya və nəticələrə qarşı diqqətli olaq.
10. İqtisadi sıxıntılar bizi dinimizə biganələşdirməsin.
11. İctimai nigarançılıq yarandıqda xalqa ümid və təvəkkül ruhiyyəsi verilməlidir.
12. Ruzimiz başqalarının yox, yalnız Allahın əlindədir.
13. Əqidəyə görə kafirlərlə iqtisadi əlaqələri kəsdikdə narahat olmayaq.
14. Xalqın razılığında rəhbərliyin zirəkliyindən, müdiriyyətindən çox, Allahın fəzl və mərhəməti rol oynayır.
15. Dini hökmlər ilahi elm və hikmətə əsaslanır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.