Ət-Tövbə surəsi · 16-cı ayə

Yoxsa Allahın sizlərdən cihad edənləri və Allahdan, Onun Peyğəmbərindən və möminlərdən başqasını özlərinə sirdaş etməyənləri hələ aydınlaşdırıb üzə çıxarmadığı halda (onlar haqqında olan əzəli elmi gerçəkləşməmiş öz başınıza) buraxılacağınızı zənn edirsiniz? Allah əməllərinizdən xəbərdardır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 16
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Yoxsa güman edirdiniz ki, Allah sizlərdən cihad edib, Allahı, Onun rəsulunu və möminləri sirdaş seçənləri müəyyənləşdirməmiş azad buraxılarsınız?! Allah etdiyiniz işlərdən agahdır.”
Nöqtələr
Bu ayə də ötən ayələr kimi cihada təşviq üçündür.
"Vəlicətən” sözü sirr, gizli iş mənasını bildirir. Burada həmin söz sirdaş mənasında işlədilmişdir.
Çoxsaylı rəvayətlərə əsasən, ayədə sirr veriləsi möminlər deyilərkən, səmavi rəhbərlər nəzərdə tutulur. 
Bildirişlər
1. Varlıq aləmi və ondakı proqramlar məqsədlidir. İnsanlar və onların gələcəyi öz başına buraxılmamışdır. Bu səbəbdən də xəyal dünyasından çıxıb gerçəyi görməliyik.
2. "İmanlıyam” demək bəs etmir. İnsanları bir-birindən fərqləndirən amil əməl, cihad və sınaqdır.
3. İman sınağından o kəslər müvəffəqiyyətlə çıxır ki, İslam cəmiyyətinin sirlərini yalnız Allaha, Onun rəsuluna və gerçək möminlərə açırlar. (İlkin İslam dövründə bəziləri biganələrlə əlaqə saxlayırdı)
4. Biganələrə sirr vermək, onları məhrəm saymaq haramdır, zəiflik və imansızlıq nişanəsidir və məzəmmət olunur.
5. Müsəlmanların vəzifəsi xarici düşmənlərlə döyüş, daxili düşmənlərə sirr verməməkdir.
6. Allah xalqın vəziyyətindən agahdır və onları sınamağa ehtiyac duymur. Amma hər bir insanın sınağa çəkilməsi ilahi bir sünnədir. (İlahi sınaqda insan öz kimliyini anlayır)
7. Əgər biganəyə sirr açsanız, Allah bilər və hesabınıza yetişər.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 16-cı ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 16-cı ayəsi nə haqqındadır?
Yoxsa Allahın sizlərdən cihad edənləri və Allahdan, Onun Peyğəmbərindən və möminlərdən başqasını özlərinə sirdaş etməyənləri hələ aydınlaşdırıb üzə çıxarmadığı halda (onlar haqqında olan əzəli elmi gerçəkləşməmiş öz başınıza) buraxılacağınızı zənn edirsiniz? Allah əməllərinizdən xəbərdardır.
Ət-Tövbə surəsi 16-cı ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 16-cı ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 16-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 16-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 16-cı ayənin təfsiri nədir?
"Yoxsa güman edirdiniz ki, Allah sizlərdən cihad edib, Allahı, Onun rəsulunu və möminləri sirdaş seçənləri müəyyənləşdirməmiş azad buraxılarsınız?! Allah etdiyiniz işlərdən agahdır.” Nöqtələr Bu ayə də ötən ayələr kimi cihada təşviq üçündür. "Vəlicətən” sözü sirr, gizli iş mənasını bildirir. Burada həmin söz sirdaş mənasında işlədilmişdir. Çoxsaylı rəvayətlərə əsasən, ayədə sirr veriləsi möminlər deyilərkən, səmavi rəhbərlər nəzərdə tutulur.  Bildirişlər 1. Varlıq aləmi və ondakı proqramlar məqs...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.