Ət-Tövbə surəsi - Ayə: 17

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 17
Müşriklərə öz küfrlərinə şahid olduqları halda (küfrlə şirk tovhidlə bağlı əməllərə zidd olduğu üçün) Allahın məscidlərini abadlaşdırmaq (tikməkdən tutmuş digər bəzək işlərinə kimi) yaraşmaz, haqları yoxdur, şəriət və ağıl baxımından da düzgün deyildir. Onların bütün (xeyir) əməlləri hədərə gedib puç olmuşdur və onlar odda əbədi qalacaqlar.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 17. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 17 MÖHSÜN QƏRAƏTİ.

"Müşriklər öz küfrlərinə aşkar şahid olduqları halda Allah məscidlərini təmir edə bilməzlər. Onların işi puça çıxmışdır və onlar odda əbədi qalacaqlar.”
Nöqtələr
Ayə Məscidül-həramın təmiri ilə bağlı nazil olsa da, onda bəyan olunmuş hökmlər bütün məscidlərə aiddir. Ona görə də ayədə "məscid” yox, "məscidlər” sözü işlədilmişdir.
İlkin İslam dövründə Məkkənin fəthindən qabaq Məscidül-həramın işlərinin idarəçiliyi və təmiri müşriklərin ixtiyarında idi.
Həzrət Əli (ə) tərəfindən bəyan olunmuş bəraətdəki məsələlərdən biri də müşriklərdən Məscidül-hərama qəyyumluq haqqının alınması idi. Onlara hətta Məscidül-hərama daxil olmağa icazə verilmirdi. (27-ci ayədə bu məsələyə işarə olunur)
Bildirişlər
1. Məscidlərin və müsəlman dini mərkəzlərinin inşasında kafirlər və müşriklər iştirak etmirlər.
2. Müqəddəs mərkəzlərin tikintisinə və idarəçiliyinə biganələrin müdaxilə etməməsi üçün bu işlərdə onlardan pul almayın.
3. Əsas rol oynayan amil əməl yox, niyyətdir.
4. Bəzən qazanc qeyri-şəri, iştirak isə dəyərsiz olur. Məscidlərin abad edilməsi xatirinə kafirlərin sizin dini işlərinizə nüfuz etmələrinə yol verməyin.
5. Özünü dinsiz göstərən kəslərin dini işlərə müdaxilə haqqı yoxdur.
6. Müşrik elə həmin kafirdir.
7. Küfr kafirlərin məhvinə, fəsad törətmələrinə və əməllərinin dəyərdən düşməsinə səbəb olur.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.