Ət-Tövbə surəsi · 127-ci ayə

Və bir surə nazil olan zaman (narahat olduqlarına və rəngləri dəyişdiyinə görə) onların bəzisi bəzisinə baxar (və sanki bir-birlərindən soruşarlar ki:) «sizi kimsə görürmü? (Məbada nifaqınız zahir ola, yaxud məclisdən çıxarılaq.)» Sonra (gizlincə sənin yanından) qayıdarlar. Onlar anlamaz bir dəstə olduqları üçün Allah onların qəlblərini (haqdan) döndərdi.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 127
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əgər bir surə nazil olsa, onlardan (münafiqlərdən) bəziləri bəzilərinə baxar, (soruşar:) sizi bir kəs görürmü? Sonra (Peyğəmbərin (s) hüzurundan yavaşca) xaric olarlar. Allah onların qəlblərini (haqdan) döndərmişdir. Çünki onlar anlamaz qövmdürlər.”
Nöqtələr
Münafiqlərə Quran ayələri heç bir təsir göstərmir. Necə ki, cərəyan yanmış elektrik lampasını işıqlandıra bilmir.
Bildirişlər
1. Çirkin niyyətlərinin ifşa olunması münafiqləri ağrıdır, onlar gizli fəaliyyət göstərməyə çalışırlar.
2. İlahi ayələr münafiqlərdə ikrah doğurur.
3. Münafiqlər Quran məclislərindən qaçırlar. Qurandan uzaqlıq nifaq və qəlbin xəstəliyi nişanəsidir.
4. İlahi qəhri doğuran insanın hidayət ruhiyyəsindən uzaqlığıdır.
5. Qurandan uzaqlığın səbəbi düzgün düşüncədən məhrumluqdur.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 127-ci ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 127-ci ayəsi nə haqqındadır?
Və bir surə nazil olan zaman (narahat olduqlarına və rəngləri dəyişdiyinə görə) onların bəzisi bəzisinə baxar (və sanki bir-birlərindən soruşarlar ki:) «sizi kimsə görürmü? (Məbada nifaqınız zahir ola, yaxud məclisdən çıxarılaq.)» Sonra (gizlincə sənin yanından) qayıdarlar. Onlar anlamaz bir dəstə olduqları üçün Allah ...
Ət-Tövbə surəsi 127-ci ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 127-ci ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 127-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 127-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 127-ci ayənin təfsiri nədir?
"Əgər bir surə nazil olsa, onlardan (münafiqlərdən) bəziləri bəzilərinə baxar, (soruşar:) sizi bir kəs görürmü? Sonra (Peyğəmbərin (s) hüzurundan yavaşca) xaric olarlar. Allah onların qəlblərini (haqdan) döndərmişdir. Çünki onlar anlamaz qövmdürlər.” Nöqtələr Münafiqlərə Quran ayələri heç bir təsir göstərmir. Necə ki, cərəyan yanmış elektrik lampasını işıqlandıra bilmir. Bildirişlər 1. Çirkin niyyətlərinin ifşa olunması münafiqləri ağrıdır, onlar gizli fəaliyyət göstərməyə çalışırlar. 2. İlahi a...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.