Ət-Tövbə surəsi - Ayə: 126

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 126
Məgər hər il (müharibə və ya digər hadisələrlə) bir-iki dəfə imtahan olunduqlarını görmürlər? Amma (bununla belə), nə tövbə edirlər və nə də ibrət alırlar.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 126. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 126 MÖHSÜN QƏRAƏTİ.

"Görmürlərmi ki, onlar hər ildə bir və ya iki dəfə sınağa çəkilirlər, amma nə tövbə edərlər, nə də öyüd götürərlər.”
Bildirişlər
1. Hər bir dövrdə hər bir kəsin sınağa çəkilməsi ilahi sünnələrdəndir.
2. Hadisələrin və ilahi sınaqların fəlsəfəsi tövbə və tənbehdir.
3. İlahi sınaqların təsirsizliyi insandakı nifaq və qəlb xəstəliyinin nişanəsidir. Bu xüsusiyyətlər məzəmmət olunmuşdur.
4. Daşqəlblilik və pis aqibət nifaq nəticəsidir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.