Geri qalmış üç nəfərə yer öz genişliyi ilə dar gəldiyi və özlərindən yorulub Allah qarşısında ondan savay heç bir sığınacaqları olmadığını anladıqları vaxt Allah Öz lütfünü şamil etdi ki, tövbəyə müvəffəq olsunlar. Həqiqətən, Allah tövbələri qəbul edən və mehribandır.”
Təbukda iştirak etməmiş üç müsəlman (Kəb ibn Malik, Mərarə ibn Rəbi, Hilal ibn Üməyyə peşman olub üzrxahlıq üçün Peyğəmbərin (s) yanına gəldilər. Amma həzrət onlarla danışmadı və göstəriş verdi ki, kimsə onlarla ünsiyyət saxlamasın, hətta qadınları da onlara yaxınlaşmasın. Bu üç nəfər Mədinə ətrafındakı dağlara üz tutub tövbə üçün ayrı-ayrılıqda göz yaşı axıtmağa başladılar.
50 gündən sonra Allah onların tövbəsini qəbul etdi.
1. Döyüşə və rəhbərliyin əmrlərinə etinasızlıq göstərənlər tənbeh olunmalı, bir müddət kənarda saxlanılmalıdırlar.
2. Küskünlük və etinasızlıq müxaliflərin və günahkarların tərbiyə üsullarından biridir.
3. Müxaliflərlə mənfi (üz çevirməklə) mübarizə cəmiyyəti onlar üçün keşikçisiz zindana döndərir.
4. Peyğəmbər ilahi rəhmət güzgüsü olsa da, bir tərbiyəçi kimi arxa çevirmək vasitəsindən də istifadə edir.
5. Vicdan əzabı mövcud əzablardan biridir.
6. Xalqdan ümidsizlik tövbə üçün zəmin yaradır, diqqəti Allaha yönəldir.
7. Tövbə tövfiqi də ilahi lütf sayəsində əldə olunur. Allah öncə Öz lütfünü nazil edir ki, insan peşman olub tövbə qılsın. İnsan tövbə edən kimi Allah yenidən onun tövbəsini qəbul edir.
8. Bir müddət mənfi (etinasızlıq göstərməklə) mübarizədən sonra günahkarın tərbiyəsi üçün münasib şərait yaranır. Yalnız bundan sonra biz onları mehribanlıqla qəbul edək.