Ət-Tövbə surəsi · 114-cü ayə

İbrahimin atası (əmisi Azər) üçün bağışlanmaq istəməsi (istiğfar etməsi) yalnız ona verdiyi vədə (onun üçün istiğfar edəcəyini vəd etməsinə) görə idi. Buna görə də elə ki, (onun küfrdə israrlı olmasından, ya küfr halında ölməsindən) ona (İbrahimə) onun (əmisinin) Allahın düşməni olması aydın oldu ondan uzaqlaşdı (çünki əfv diləmək Allahla düşmən olan kəs üçün deyil Allahın düşmən olduğu kəs üçündür). Həqiqətən İbrahim haqdan qorxan, günahdan qəmgin olan, (Allah dərgahına) ürəkdən çox ah çəkən və həlim idi.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 114
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"İbrahimin öz atasının bağışlanmasını istəməsi yalnız ona verilmiş vədə görə idi. Allaha düşmən olduğunk bildikdən sonra ondan üz döndərdi. Həqiqətən, İbrahim (Allah qorxusundan) nalə çəkən və həlim idi.”
Nöqtələr
Ötən ayədə bildirildi ki, Peyğəmbər və möminlər qohumları olsa belə, müşriklərə dua edə bilməzlər. Bu ayədə isə İbrahimin öz müşrik əmisinə etdiyi duanın sirri açıqlanır və bildirilir ki, ona istiğfar vədi verilmişdi.  Ayədə İbrahimin öz əmisinin doğru yola gələcəyinə ümidli olduğu qeyd edilir. Amma əmisi şirk halında öldükdən sonra İbrahim istiğfarı tərk etdi.
Sual: Nə üçün həzrət İbrahim əmisinin ölümündən sonra da ona dua edirdi? 
Cavab: Həqiqi ata "valid” adlanır. "Əb” dedikdə isə ata, müəllim, əmi, qaynata, baba da nəzərdə tutula bilər. İbrahim müşrik əmisinə yox, həqiqi atasına dua edirdi.
Quranın 11 ayəsində İbrahimin əmisi "əb” təbiri ilə yad edilir ki, İbrahimin kimin himayəsində olması anlaşılsın. Amma İbrahim bu şəxsin təsiri altına düşməmişdir.
İmam Sadiq (ə) buyurmuşdur: "İbrahim dua əhli və çox ağlayan olmuşdur.” 
Bildirişlər
1. Allah övliyalarına bədgümanlığa səbəb olan hər şey aradan götürülməli və düzgün izah verilməlidir.
2. Kafirə münasibətdə də əhdə vəfa lazımdır.
3. Peyğəmbərlərin elmi məhduddur.
4. Kafirlərin tünd rəftarı qarşısında öz həlimliyimizdən əl çəkməyək. (İbrahimin əmisi onu daşqalaq etməklə hədələyirdi. İbrahim isə səbirli idi. 
5. Allaha xatir əmidən üz döndərmək İbrahimin Allaha eşqi və Onun qarşısında təvazö nişanəsidir.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 114-cü ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 114-cü ayəsi nə haqqındadır?
İbrahimin atası (əmisi Azər) üçün bağışlanmaq istəməsi (istiğfar etməsi) yalnız ona verdiyi vədə (onun üçün istiğfar edəcəyini vəd etməsinə) görə idi. Buna görə də elə ki, (onun küfrdə israrlı olmasından, ya küfr halında ölməsindən) ona (İbrahimə) onun (əmisinin) Allahın düşməni olması aydın oldu ondan uzaqlaşdı (çünki...
Ət-Tövbə surəsi 114-cü ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 114-cü ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 114-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 114-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 114-cü ayənin təfsiri nədir?
"İbrahimin öz atasının bağışlanmasını istəməsi yalnız ona verilmiş vədə görə idi. Allaha düşmən olduğunk bildikdən sonra ondan üz döndərdi. Həqiqətən, İbrahim (Allah qorxusundan) nalə çəkən və həlim idi.” Nöqtələr Ötən ayədə bildirildi ki, Peyğəmbər və möminlər qohumları olsa belə, müşriklərə dua edə bilməzlər. Bu ayədə isə İbrahimin öz müşrik əmisinə etdiyi duanın sirri açıqlanır və bildirilir ki, ona istiğfar vədi verilmişdi.  Ayədə İbrahimin öz əmisinin doğru yola gələcəyinə ümidli olduğu qey...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.