Ət-Tövbə surəsi - Ayə: 115

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 115
Allaha bir dəstəni (dinin əsaslarına) hidayət etdikdən sonra, (digər hökmlərdə) qorxmalı olduqları şeyi (vacib və haramları) onlara aydınlaşdırmadan (açıqlamadan) nadanlıqda buraxmaq (və ya müxalifət etdiklərinə görə cəzalandırmaq) yaraşmaz (və bu, «lütf» qanunu və ağıl ilə uyğun gəlmir). Həqiqətən Allah hər bir şeyi biləndir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 115. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 115 MÖHSÜN QƏRAƏTİ.

"Allah bir qövmü hidayət etdikdən sonra, çəkinməli olduqlarını bəyan etməmiş haqq yoldan çıxarmaz. Şübhəsiz, Allah hər şeyi biləndir.”
Nöqtələr
Ayə ya müsəlman olduqdan sonra vəzifələri ilə tanış olmamış dünyadan gedənlərin halını bəyan edir, ya da ötən ayəyə, xəbərdarlığa biganə qalan Allah düşmənləri ilə düşmənçiliyə çağırır. Ayə müşriklər üçün istiğfar qadağan olunmamış onların bağışlanmasını istəyənlərin nigarançılığını aradan qaldırma məqsədi də daşıya bilər.
İmam Riza (ə) buyurmuşdur: "Allah imama vacib etmişdir ki, öz ölümünü gözlədikdə növbəti məsum imamı xalqa tanıtdırsın.” Sonra imam həmin bu ayəni tilavət etmişdir. 
Bildirişlər
1. İlahi hədlərə riayət etmədiyimiz halda azmaq təhlükəsi ilə üzləşə bilərik.
2. Allah Onun hidayətinə etinasızlığın cəzası olaraq azdırır. Allah göstərişləri ilə bilərəkdən müxaliflik insanı ilahi hidayətdən məhrum edir.
3. Allah haqqı aydınlaşdırmamış, höccəti tamamlamamış cəzalandırmır.
4. İlahi hidayət kamildir. Xoşbəxtlik vasitələri göstərilməklə yanaşı təhlükə amilləri də açıqlanır. İmam Sadiq (ə) buyurmuşdur: "Allah Öz razılıq və qəzəb səbəblərini xalqa bildirir.” 
5. Allahın bütün qadağaları Onun elm və hikmətindən qaynaqlanır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.