Ət-Tövbə surəsi · 109-cu ayə

Belə isə öz (dininin) təməlini ilahi təqva və Onun razılığı əsasında quran şəxs yaxşıdır, yoxsa öz təməlini süst və uçmaq ərəfəsində olan bir uçurumun kənarında qurmuş və o binanın Cəhənnəm oduna yuvarlandıracağı şəxs?! (Möminin əməlləri iman və niyyət saflığı əsasındadır. Kafirin əməlləri isə əqidəsində şəkk və güman əsasındadır və onun sonu Cəhənnəmdir.) Və Allah zalımların dəstəsini (bütün dəlil-sübutlar təqdim edildikdən sonra) düz yola yönəltməz.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 109
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Öz (işinin) bünövrəsini təqva və Allahın razılığı üzərində qərar verən kəs üstündür, yoxsa öz (işinin) bünövrəsini uçulası bir aşırımın ağzında qərar verən kəs? Elə bir yer ki, onu cəhənnəm oduna yuvarlandırar. Allah zalım qövmü hidayət etməz.”
Nöqtələr
Ötən ayədə Zirar məscidi ilə Qoba məscidi müqayisə olundu. Bu ayədə isə hər iki məscidin banilərindən danışılır.
"Şəfa” dedikdə bir şeyin ağzı, kənarı, "curuf” dedikdə çay və ya quyunun su ilə altı uçulmuş haşiyəsi nəzərdə tutulur. "Har” sözü isə süst mənasını bildirir.
Bildirişlər
1. İşlərin dəyəri onların zahirində yox, niyyətlərdədir. Qoba məscidi Allahın razılığı məqsədi ilə tikilmişdisə, Zirar məscidinin tikilməsində məqsəd təfriqə yaratmaq idi.
2. Batilin bünövrəsi süstdür.
3. Bəzən məscid baniləri özlərini cəhənnəmin dibinə yuvarladırlar.
4. Məzhəbə aid və xalqın inanc yeri olan mərkəzlərdən sui-istifadə zülmdür.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 109-cu ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 109-cu ayəsi nə haqqındadır?
Belə isə öz (dininin) təməlini ilahi təqva və Onun razılığı əsasında quran şəxs yaxşıdır, yoxsa öz təməlini süst və uçmaq ərəfəsində olan bir uçurumun kənarında qurmuş və o binanın Cəhənnəm oduna yuvarlandıracağı şəxs?! (Möminin əməlləri iman və niyyət saflığı əsasındadır. Kafirin əməlləri isə əqidəsində şəkk və güman ...
Ət-Tövbə surəsi 109-cu ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 109-cu ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 109-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 109-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 109-cu ayənin təfsiri nədir?
"Öz (işinin) bünövrəsini təqva və Allahın razılığı üzərində qərar verən kəs üstündür, yoxsa öz (işinin) bünövrəsini uçulası bir aşırımın ağzında qərar verən kəs? Elə bir yer ki, onu cəhənnəm oduna yuvarlandırar. Allah zalım qövmü hidayət etməz.” Nöqtələr Ötən ayədə Zirar məscidi ilə Qoba məscidi müqayisə olundu. Bu ayədə isə hər iki məscidin banilərindən danışılır. "Şəfa” dedikdə bir şeyin ağzı, kənarı, "curuf” dedikdə çay və ya quyunun su ilə altı uçulmuş haşiyəsi nəzərdə tutulur. "Har” sözü is...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.