Ət-Tövbə surəsi - Ayə: 110

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 110
(Küfr və nifaq üzündən) tikdikləri o bina (hətta dağılsa belə) həmişə – (onlar ölməyincə və) ürəkləri parça-parça olmayınca onların qəlblərində bir şəkk və tərəddüd və nifaqın artması amilidir. Allah bilən və hikmət sahibidir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 110. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 110 MÖHSÜN QƏRAƏTİ.

"Münafiqlərin qoyduğu bünövrə onların qəlblərində daimi bir tərəddüd səbəbidir. (Onların xilas yolları yoxdur.) Yalnız qəlbləri (nifaqdan) ayrılsa (nicat taparlar). Allah biləndir və hikmət sahibidir.”
Bildirişlər
1. Münafiqlərin etiqadi bünövrələri süstdür.
2. Qəlbin və ruhun xəstəlikləri bəzən möhkəm və dəyişməz şəkil alır.
3. Zahiri dil tövbəsi ilə qəlb və ruh xəstəliklərindən yaxa qurtarmaq olmaz.
4. Nifaq binası uçurulsa da, onun təsirləri qəlblərdə kök atıb qalır və münafiqin ölümünədək yaşayır.
5. Münafiqlərin təşkilat və mərkəzləri var.
6. Münafiqin rahatçılığı yoxdur.
7. Allah münafiqlərin Zirar məscidini tikməkdəki məqsədlərini bilir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.