Ət-Tövbə surəsi · 106-cı ayə

Və digər bir dəstə (küfr əhli)nin (zəif hala salınmışlarıdır ki,) işləri Allahın əmrinə qalmışdır - onlara ya əzab verəcək (əgər küfrlərində israrlı olsalar), ya da (əgər imana yönəlsələr) nəzər yetirəcəkdir. Allah bilən və hikmət sahibidir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 106
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Digər bir qrup var ki, onların işi Allahın istəyindən asılıdır. Onlara ya əzab verər, ya da (tövbələrinə xatir) lütf edər. Allah biləndir və hikmət sahibidir.”
Nöqtələr
"İrca”, sözündən olan "murcəvnə” sözü "təxir” mənasını bildirir. Bu, ümid dolu bir təxirdir.
Bu üç ayədə Allah-təala üç dəstəni yada salır: Mədinədə olan, tanınmayan məxfi münafiqlər (ayə 101); Günahını etiraf etmiş və tövbəyə ümidli azğınlar (ayə 102); Günah üzərində dayanıb tövbə etməmiş azğınlar. (ayə 106)
Rəvayətlərə əsasən ayə həzrət Həmzə və ya Cəfər Təyyarın qatillərini nəzərdə tutur. Onlar peşman olub İslamı qəbul etmişdilər. Amma hələ də qəlblərində iman kök atmamışdı. Ya da Təbuk döyüşündə olmamış və peşman olub dillə etiraf edənlər nəzərdə tutulur.
Bildirişlər
1. Allah istədiyi vaxt günahkarları cəzalandırar və ya bağışlayar.
2. Xətaya yol verənlərin tərbiyəsində fərqli yanaşmalardan istifadə olunmalıdır. Bir qismini qorxu və ümid arasında qoymaq lazım gəlir.
3. Allahın qəhr-qəzəbi və ya lütfü Onun elm və hikmətinə əsaslanır. Bu işdə intiqam amili yoxdur.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 106-cı ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 106-cı ayəsi nə haqqındadır?
Və digər bir dəstə (küfr əhli)nin (zəif hala salınmışlarıdır ki,) işləri Allahın əmrinə qalmışdır - onlara ya əzab verəcək (əgər küfrlərində israrlı olsalar), ya da (əgər imana yönəlsələr) nəzər yetirəcəkdir. Allah bilən və hikmət sahibidir.
Ət-Tövbə surəsi 106-cı ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 106-cı ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 106-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 106-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 106-cı ayənin təfsiri nədir?
"Digər bir qrup var ki, onların işi Allahın istəyindən asılıdır. Onlara ya əzab verər, ya da (tövbələrinə xatir) lütf edər. Allah biləndir və hikmət sahibidir.” Nöqtələr "İrca”, sözündən olan "murcəvnə” sözü "təxir” mənasını bildirir. Bu, ümid dolu bir təxirdir. Bu üç ayədə Allah-təala üç dəstəni yada salır: Mədinədə olan, tanınmayan məxfi münafiqlər (ayə 101); Günahını etiraf etmiş və tövbəyə ümidli azğınlar (ayə 102); Günah üzərində dayanıb tövbə etməmiş azğınlar. (ayə 106) Rəvayətlərə əsasən ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.